Deputatın qardaşı oğlu həbs edildi » EMTV.az
18 in 18:29Oxunub: 462 |

Deputatın qardaşı oğlu həbs edildi

Deputatın qardaşı oğlu həbs edildi
Bakı Şəhər Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tanınmış iqtisadçı deputat Vahid Əhmədovun qardaşı oğlu Namiq Əhmədovu həbs ediblər.
"EMTV.az" xəbər veririr ki, bu barədə "AzPolitika.info"-ya mötəbər mənbələrdən məlumat daxil olub. N.Əhmədov vətəndaşın şikayəti əsasında Nəsimi RPİ-də başlanılmış cinayət işi çərçivəsində, təxminən 10 gün əvvəl saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. N.Əhmədova qarşı dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. O, aldatma yolu ilə adını dəqiqləşdirə bilmədiyimiz vətəndaşın 5 min manatını mənimsəməkdə şübhəli bilinir.
Məlumat hüquq-mühafizə orqanlarındakı mənbə və N.Əhmədovun yaxınları tərəfindən də təsdiqlənib. Bildirilib ki, deputatın qardaşı oğlu Bakı İstintaq Təcridxanasında saxlanılır.
N.Əhmədovun əməllərindən zərərçəkənlərin bir yox, bir neçə nəfər olduğu haqda da məlumatlar var
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
Oxunub: 1813
XƏBƏR LENTİ

Reklam
Məzənnə