Lyova Mnatsakanyan kimdir? » EMTV.az
18 in 16:15Oxunub: 589 |

Lyova Mnatsakanyan kimdir?

Lyova Mnatsakanyan kimdir?
Dağlıq Qarabağda qurulan separatçı rejimin “müdafiə naziri” postuna Lyova Mnatsakanyan təyin olunub. "EMTV.az" Ermənistan mətbuatına istinadən verdiyi xəbərdə deyilir ki, bir neçə gün öncə prezident Serj Sərkisyanın fərmanı ilə Ermənistan ordusunun baş qərargah rəsinin müavini postundan azad edilən Mnatsakanyan yeni təyinatı ilə bağlı Xankəndinə gedib. Digər tərəfdən, qondarma qurumun “müdafiə naziri” Movses Akopyan isə Mnatsakanyanın keçmiş postunu tutmaq üçün artıq Yerevandadır. Bir çox ekspertlər əslən Qarabağ ermənisi olan Movses Akopyanın və Lyova Mnatsakanyanın yerdəyişməsini ölkə daxilində Qarabağ klanının güclənməsi ilə əlaqələndirirlər.

“EMTV.az” 1991-1994-cü illərdə Azərbaycana qarşı ərazi təcavüzündə iştirak edən general-leytenant Lyova Mnatsakanyanın tərcümeyi-halını təqdim edir.
Lyova Mnatsakanyan 1965-ci il sentyabrın 14-də Azərbaycan SSR-nın Əsgəran rayonunda anadan olub. O 1983-1985-ci illərdə sovet ordusunda xidmət edib.
1985-ci ildə Yerevan Texniki Universitetinin maşınqayırma fakültəsinə daxil olan Mnatsakanyan 1989-cu ildə həmin təhsil müəssisini bitirib. Təhsilini bitirdikdən sonra uzun illər Xankəndidə mühəndis-mexanik çalışıb.
80-ci illərin sonunda Dağlıq Qarabağda separatçı hərəkat baş qaldırdıqdan sonra Lyova Mnatsakanyan bölük komandiri kimi Azərbaycan torpaqlarına təcavüzdə iştirak edib.
Buna görə də “Dağlıq Qarabağ ordu”sunda müxtəlif vəzifələrdə çalışıb.
2003-cü ildə ona general-mayor rütbəsi verilib. Bundan sonra əsgəranlı Lyova Mnatsakanyan 1 il ərzində Rusiya Baş Qərargah Akademiyasında təhsil alıb. 2005-ci ildə Qarabağa qayıdaraq separatçı ordunun “müdafiə nazirinin müavini, 2007-ci ildə isə “baş qərargah rəisi” təyin olunur. 5 il sonra - 2012-ci ildə Ermənistan prezidentinin fərmanı ilə Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisinin müavini təyin olunub.
General-mayor Mnatsakanyan bir neçə gün öncəyə qədər Yerevanda qərargah rəisinin müavini səlahiyyətlərini icra edib. Lyova Mnatsakanyanın şəxsi həyatına gəlincə, onun evli və 3 oğul atası olduğu məlumdur. Böyük övladları Rusiya-Ermənistan (Slavyan) Universitetinin tələbəsidir, kiçik oğlu isə hələ məktəblidir.
Hazırda Xankəndində olan Lyova Mnatsakanyan artıq Qarabağ separatçılarının lideri Bako Saakyan tərəfindən “müdafiə naziri” kimi Xankəndinə gətirilib.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
Oxunub: 1813
XƏBƏR LENTİ

Reklam
Məzənnə