18 in 14:30Oxunub: 465 |

Mərkəzi Asiya ölkələrində yeni bir layihə

Mərkəzi Asiya ölkələrində yeni bir layihə
İyunun 17-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirdiyi “Mərkəzi Asiya ölkələrində fitosanitar nəzarətin gücləndirilməsi” regional layihəsi çərçivəsində ikigünlük seminar işinə başlayıb.
"EMTV.az"-ın AZƏRTAC-a istinadən məlumatına görə, Nazirlikdən bildiriblər ki, Azərbaycanda və dörd Mərkəzi Asiya (Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan) ölkəsində növbəti iki il ərzində həyata keçiriləcək layihənin ümumi məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsi, əhalinin qidalanma səviyyəsinin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı siyasətinin təkmilləşdirilməsi və əsas fitosanitar məsələləri sahəsində milli potensialın gücləndirilməsidir.
Layihə çərçivəsində ticarətin inkişaf etdirilməsi məqsədilə ixrac və idxal bazarlarının qiymətləndirilməsinin aparılması sahəsində layihənin benefisiar ölkələrində milli fitosanitar nəzarət xidmətlərinin dəstəklənməsi; milli fitosanitar qanunvericiliyə baxılması və onların Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası və Dünya Ticarət Təşkilatının Sanitar və Fitosanitar Qanunvericiliyə uyğunlaşdırılması; zərərvericilərin idarə olunması, beynəlxalq fitosanitar standartlar, zərərvericilərin risk analizinin aparılması sahəsində təlimlərin keçirilməsi vasitəsilə milli potensialın artırılması; eyni zamanda, bitki karantin məntəqələrinin və laboratoriyaların müvafiq avadanlıqlarla təmin edilməsi və bu sahədə təlimlərin keçirilməsi vasitəsilə karantin zərərvericilərinin aşkarlanması və ticarət tərəfdaşlarının tələblərinin ödənilməsi məqsədilə ixracın sertifikatlaşdırılması sahəsində institusional imkanların gücləndirilməsi nəzərdə tutulur.
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev çıxış edərək dövlətimizin başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb, Azərbaycan ilə FAO arasında əməkdaşlığa önəm verildiyini vurğulayıb. İ.Quliyev FAO tərəfindən ölkəmizdə həyata keçirilən layihələrin verdiyi səmərədən söhbət açıb, fitosanitar sahəsində də həyata keçirilən layihələrin, bu sahədə çalışan mütəxəssislərin peşə səviyyəsinin artırılmasına kömək edəcəyini seminar iştirakçılarının nəzərinə çatdırıb.
FAO-nun Azərbaycandakı nümayəndəsi Mustafa İmir çıxışında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidməti tərəfindən zərərvericilərin əmələ gəlməsi və yayılmasının qarşısının alınması sahəsində aparılan məqsədyönlü işlərdən danışıb. M.İmir hazırkı dövrdə ətraf mühit faktorlarının çevik dəyişməsi, ticarətin inkişafı və regionda ölkələr arasında ticarət dövriyyəsinin artması zəminində ölkəyə yeni zərərvericilərin daxil olmasının böyük risk doğurduğunu qeyd edib. Bu baxımdan karantin zərərvericilərinin əmələ gəlməsi və yayılmasının qarşısının alınması sahəsində region ölkələri arasında əməkdaşlıq təşəbbüslərinin inkişaf etdirilməsinə böyük zərurətin olduğunu bildirib və deyib ki, həyata keçiriləcək layihə məhz bu məqsədə xidmət edəcək.
Seminarda beynəlxalq mütəxəssislərlə yerli mütəxəssislər arasında fikir mübadiləsi aparılacaq
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Oxunub: 5636
XƏBƏR LENTİ

Reklam
Məzənnə