SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Fövqəladə Hallar Nazirliyi İLHAM ƏLİYEVİN sayəsində inkişaf edir

14-12-2015, 17:14 | Oxunub: 15 665 |

Fövqəladə Hallar Nazirliyi İLHAM ƏLİYEVİN sayəsində inkişaf edir
Dekabrın 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzində nazirliyin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

"EMTV.az" xəbər verir ki, FHN-dən bildiriblər ki, tədbirdə Muğan Regional Mərkəzinin rəhbərliyi, Salyan Rayon İcra Hakimiyyətinin başçısı, rayon ictimaiyyətinin nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən qurumlarının əməkdaşları iştirak ediblər.

Tədbirdən əvvəl Regional Mərkəzin inzibati ərazisində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub və dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir FHN-in yaradılması, strukturu və fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin uğurla inkişaf etdiyini deyən Muğan Regional Mərkəzin rəisi, polkovnik Mehman Axundov mərkəzin fövqəladə hallarla mübarizə sahəsində həyata keçirdiyi tədbirlərlə əlaqədar hesabat məruzəsi ilə çıxış edib.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, tədbirdə iştirak edən digər şəxslər, rayon ictimaiyyətinin nümayəndələri Muğan Regional Mərkəzinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək nazirliyin 10 il ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən söhbət açıblar.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR