SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

SEVDİYİ İLƏ 90 MİN OĞURLAYAN QADININ CƏZASI

11-12-2015, 14:54 | Oxunub: 8 028 |

SEVDİYİ İLƏ 90 MİN OĞURLAYAN QADININ CƏZASI
Bakı Ağır Cinayətlər Məhkəməsində külli-miqdarda oğurluqda təqsirləndirilən Yevlax rayon sakini Kənan Bəkirov və Səbinə Abdinovanin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"EMTV.az" xəbər veri ki, mətbuata verilən məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, hər iki şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hakimlər kollegiyasının qərarı ilə Kənan Bəkirov 9 il, Səbinə Abdinova isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nəsimi RPİ 20-ci PB və Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il aprelin 15-də Nağı Abdinovun evindən 90000 manat oğurlamış Yevlax rayon sakini Kənan Bəkirov tutulub. Araşdırmalar zamanı məlum olub ki, K.Bəkirov bu pulu Nağı Abdinovanın həyat yoldaşı Səbinə Abdinovadan alıb. Belə ki, Səbinə Abdinova ilə Kənan Bəkirov arasında sevgili münasibətləri olub. Səbinə Abdinova əri Nağı Abdinovun pullarını götürərək sevgilisinə verib. Qadın hətta sevgilisinə ərinin pulu ulu ilə 25 min manata “Range Rover” markalı avtomobil də alıb.
Onu da xatırladaq ki, Kənan Bəkirov da evli olub. Onun 4 azyaşlı övladı var. Səbinə Abdinovanın isə 2 övladı olub.
Onlar Cinayət Məcəlləsinin 177.3.2 ( külli miqdarda oğurluq) maddəsi ilə ittiham olunublar.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR