17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Azərbaycanda qazın, elektrik və istilik enerjisinin talanmasına görə YENİ CƏZALAR
Azərbaycanda təbii qazın, elektrik və ya istilik enerjisinin talanmasına görə yeni cəzalar müəyyənləşdirilir.
"EMTV.az" xəbər verir ki, APA-nın məlumatına görə, bununla bağlı yeni İnzibati Xətalar Məcəlləsinə yeni bənd salınıb.
Yeni Məcəllənin 282-ci maddəsinin ilk bəndində deyilir ki, təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurduqda fiziki şəxslər 100 manatdan 150 manata qədər, vəzifəli şəxslər 800 manatdan 1000 manata qədər, hüquqi şəxslər isə 2 000 manatdan 2 500 manata qədər cərimələnəcəklər.
“Qeyd” hissədə göstərilir ki, burada az miqdarda dedikdə 1000 manata qədər dəyən ziyan əsas götürülür.
Hazırda qüvvədə olan məcəllədə isə yalnız təbii qazın, elektrik və ya istilik enerjisinin istifadə qaydalarının pozulmasına görə cərimələr nəzərdə tutulur. İstifadə qaydalarının pozulmasına görə fiziki şəxslər 30 manatdan 40 manata qədər, vəzifəli şəxslər 70 manatdan 90 manata qədər, hüquqi şəxslər isə 250 manatdan 300 manata qədər cərimələnir. Bu bənd yeni məcəllədə də saxlanılıb.
Azərbaycan prezidenti tərəfindən təqdim olunan yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.