SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

ƏLİLLİK MÜAYİNƏSİ ARTIQ ELEKTRON QAYDADA

10-12-2015, 12:01 | Oxunub: 8 251 |

ƏLİLLİK  MÜAYİNƏSİ ARTIQ ELEKTRON QAYDADA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətini də “Elektron hökumət” portalı üzərindən əhalinin istifadəsinə verib.

"EMTV.az" xəbər verir ki, ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış şəxslər bu e-xidmətdən istifadə etməklə, aparılmış müayinənin nəticəsinə dair elektron qaydada məlumat ala bilirlər.
Belə ki, istifadəçilər “Müayinələrin reyestri”, “Çıxarışın yoxlanılması”, “Çıxarışların tarixçəsi”, “Mənim yoxladığım çıxarışlar”, “Mənim çıxarışlarımı yoxlayanlar” bölmələri üzrə aidiyyəti məlumatlarla tanış olmaq, həmçinin müvafiq çıxarışların bundan öncə kimlər tərəfindən və hansı tarixdə yoxlanılması barədə məlumatlar əldə etmək imkanlarına malikdirlər.
Onu da bildirək ki, “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidməti ölkəmizdə daha bir e-arayış növünün formalaşmasına səbəb olub. Belə ki, istifadəçi TSEK-də onun əlilliyinin müəyyən olunması üçün aparılmış müayinənin nəticəsi barədə çıxarışı pdf formasında əldə edərək, onu əlilliyini təsdiq edən elektron arayış formasında tələb olunan təşkilata təqdim edə, yaxud elektron qaydada göndərə bilər. Beləliklə də həmin şəxslərin qeyd olunan arayışı almaq üçün artıq hansısa quruma müraciət etməsinə ehtiyac qalmır.
Arayışın təqdim edildiyi təşkilatların isə bu sənəddəki müvafiq autenfikasiya kodu vasitəsilə “E-Hökumət” portalı üzərindən arayışın dürüstlüyünü yoxlamaq imkanları var.

Qeyd edək ki, hazırda prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, tibbi-sosial ekspertiza sisteminin yeni elektron texnologiyalar əsasında avtomatlaşdırılması məqsədilə nazirlikdə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin yaradılması işləri yekunlaşmaq üzrədir. Sistemin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR