SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"ƏLİ KƏRİMLİ İQTİDARA XİDMƏT EDİR"- Razi NURULLAYEV

10-12-2015, 10:46 | Oxunub: 7 615 |

"ƏLİ KƏRİMLİ İQTİDARA XİDMƏT EDİR"- Razi NURULLAYEV

Razi Nurullayev: “Əli Kərimli İlham Əliyev iqtidarını qoruyan status yazır...”; “Cəbhəçilərin acı taleyi üzərindən divident qazanmaq yaramazlıqdır”
AXCP sədrinin müavininin həbsi ilə bağlı müdhiş versiyalar ortaya atılıb; Əli Kərimli Fuad Qəhrəmanlının həbsinə həsr etdiyi statusda nədən qorxub?
Xəbər verildiyi kimi, dekabrın 8-də AXCP sədrinin müavini Fuad Qəhrəmanlı həbs edilib. O, Cinayət Məcəlləsinin 281.1, 283.1, 283.2.1 maddələri ilə ittiham olunur.

F.Qəhrəmanlını Əli Kərimlinin sağ əli hesab etmək olar. Partiya daxilində Kərimliyə sadiq 2-3 şəxsin adını çəkmək lazım gəlsə, onlardan bəlkə də birincisi odur. Hazırda həbslə əlaqədar ilkin versiyalar Ə.Kərimli və F.Qəhrəmanlının Nardaran hadisələri və “MTN işi” ilə bağlı adlarının keçməsi ilə bağlıdır. Bəzi ekspertlər iddia edir ki, gedən proses sabiq MTN rəhbəri Eldar Mahmudovun müxalifətdəki dayaqlarının sıradan çıxarılmasına start verilməsidir. F.Qəhrəmanlı ona yaxın şəxs kimi təqdim olunur. İddialara görə, AXCP sədrinin müavinini hər zaman real həbs təhlükəsindən məhz Eldar Mahmudovun himayəsi qoruyub.

Bir başqa ekspertsə “Yeni Müsavat”a deyib ki, Əli Kərimli AXCP-si əslində Eldar Həsənovun (Montoneqrodakı səfirimiz) gizli patronajlığında fəaliyyət göstərib və məhz onun xətti ilə E. Mahmudovun da himayəsini ala bilib.

Bu gün mövzumuz bu məsələlər deyil, ona görə də bu cür iddiaları dərinləşdirməyəcəyik. Mövzunuz ətrafındakıları bir-bir xərcləyən Əli Kərimlinin son olaya münasibətində ortaya çıxan heyrətamiz başqalaşmadır. Ayrı zaman ağzından od tökülən, iqtidarı təhqirlərə, ağır qınaqlara məruz qoyan Kərimli ən yaxın adamının qandallanmasına bir növ, şairanə münasibət bildirib. Onun F. Qəhrəmanlının həbsi ilə bağlı sosial şəbəkələrdə paylaşdığı iki status o dərəcədə ürkəkdir ki, istər-istəməz, suallar yaradır.

Həmin statuslarda şairanə pafos var, lakin özünün iddia etdiyi kimi, “yeganə müxalifət lideri”nin qələminə uyğun olmayan qorxaqlıq da ortadadır. Açıqca görünür ki, “müəllim” qorxur...

Vaxtı ilə F.Qəhrəmanlı ilə eyni düşərgədə Kərimlinin müavini olmuş, hazırda AXCP-nin hüquqi varisi adını qazanmağa iddialı olan Razi Nurullayev həbslə bağlı ilkin versiyalarını irəli sürdü: “Əli Kərimlinin statuslarını oxudum. Doğrusu çox heyfsiləndim. İlk növbədə, Fuad Qəhrəmanlıya azadlıq arzu edirəm. Tezliklə azadlığa, ailəsinə qovuşsun. Onun iki gözəl övladı var. İstənilən halda, əlimizdən bir şey gəlmir. Amma beynəlxalq təşkilatlarla görüşlərdə bu məsələni qaldıracam. Fuad üçün əlimdən gələni edəcəm. Onun statuslarını oxuyurdum. Həbs ediləndən sonra bir daha incələdim. Məndə bir neçə fikir formalaşdı. Əli Kərimli Nardaran hadisələri ilə bağlı münasibət ortaya qoyan zaman demişdi ki, əldə silah dövlətə qarşı çıxmaq olmaz, belə hal olarsa, ilk növbədə biz onların qarşısına çıxacağıq. Onun yazdığı status sanki iqtidara xidmət edirdi. Hesab edirəm ki, dövlətçiliyi düşünən adam belə də etməlidir. Bu baxımdan Kərimlinin statusu düzgün idi. Bunu bu cür qəbul elədim. Dövlətə qarşı kim silahlı çıxış etsə, hər kəs ona qarşı olmalıdır. Konstitusiya quruluşunu zorla dəyişmək olmaz. Amma Əli Kərimlidən fərqli olaraq, Fuad Qəhrəmanlı da daxil, onun ətrafındakı şəxslər daha sərt bəyanat səsləndirirdilər. Bəyanatlarda müəyyən çağırışlar var idi. Burada məni narahat edən bir məsələ oldu. Niyə Əli Kərimli özünü, İlham Əliyev iqtidarını qoruyan, özünə rəğbət qazandıran status yazır? Amma onun müavinləri və fəalları əksini yazır? Belə çıxır ki, mən yaxşı oğlanam, özümü qoruyuram, siz isə, demədiyim ifadələri deyin. Bu hallar məni ciddi narahat edir. Əgər sən partiyanın birinci şəxsi olaraq, zəbt etdiyin AXCP-də siyasəti müəyyən edirsənsə, çərçivədən kənara çıxılmamalıdır. Necə rəva görürsən ki, digərləri o çərçivədən kənara çıxır və özlərini təhlükəyə atırlar. Sən isə susqun qalırsan. Sonra da onlar həbs olunur. Təbii ki, onların həbsi siyasi motivlidir. Yalnız Əli Kərimli bu proseslərdə sudan quru çıxır. Niyə başqaları həbs olunur, Əli Kərimli, sən sudan quru çıxırsan? Bu suala nə zaman cavab verəcəksən? Özünü hakimiyyətə daha tutumlu şəkildə təqdim edirsən. Düşünürəm ki, Kərimlinin Nardaran və digər hadisələrlə bağlı açıqlamalarını yanındakı şəxslərin açıqlamaları ilə müqayisə etmək lazımdır. Bu zaman hər kəs görəcək ki, o, nəinki xalqımıza, öz müavinlərinə və fəallarına qarşı çirkin oyunlar aparır”.

Yeni AXCP-nin sədri bu cür həbslərin Ə.Kərimliyə gətirdiyi dividentlərdən də söz açdı: “Bu çox böyük dividentdir. 18 oktyabrda keçirdiyimiz Etimad Qurultayındakı çıxışımın 15 dəqiqəsini bu məsələyə həll etdim. Bu gün yenə də təkrar edirəm. Azərbaycanda vətəndaşların, cəbhəçilərin acı taleyi üzərindən məşhurlaşmaq, divident qazanmaq yaramazlıqdır. Bu kimi hallar yolverilməzdir. Heç zaman öz üzvümün həbsi, döyülməsi üzərində siyasət qurmayacam. Bunu edənlər də yaramaz insanlardır. Bu gün Fuad Qəhrəmanlı həbs olunub. Onun şəklini paylaşıb, emosiyalı şəkildə həssas nöqtələrə toxunaraq daha çox like qazanmaq, divident yığmaq istəyənlərə ar olsun. Düşünürəm ki, bu gün onun şəklini paylaşanlar, faciəsi üzərində qəhrəmanlıq qurmaq istəyənlər bir neçə gündən sonra həbsxanaya heç onun yanına da getməyəcəklər. Bu təkcə Azərbaycan siyasəti üçün deyil, həm də siyasi məkanımız üçün böyük faciədir”.

Cavanşir ABBASLI

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR