Davud Güloğlu erməniyə uduzdu » EMTV.az
18 in 11:34Oxunub: 456 |

Davud Güloğlu erməniyə uduzdu

Davud Güloğlu erməniyə uduzdu
Müğənni Davud Güloğlunun erməni əsilli həmkarı Hayko Cepkin haqqında dediyi “meymuna oxşayır” sözlərinə görə qarşı tərəfin açdığı məhkəmə prosesi yekunlaşıb.

“EMTV.az” “Hürriyət”ə istinadən xəbər verir ki, Hayko məhkəməni udub. Qərara əsasən, D.Güloğlu “təhqir” maddəsi ilə H.Cepkinə 15 min lirə (təxminən 5 min manat) təzminat ödəyəcək. Erməniəsilli ifaçı isə Davuddan 50 min lirə (təxminən 20 min manat) tələb etmişdi.

Xatırladaq ki, Davud Güloğlu verilişlərin birində Hayko Cepkin haqqında “Qorxulu filmdən çıxan meymuna oxşayır. İt, pişik kəsir, ya yox, bəlli deyil. Bu və bunun kimiləri şarlatandır” demişdi.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyinin təşkilatçılığı ilə "EsmaMedia TV" İnternet kanalında Azərbaycan Mətbuatının yaranmasının 143-cü il dönümünə həsr olunmuş tədbir keçirilmişdir - FOTOLAR
Oxunub: 1327
XƏBƏR LENTİ

Reklam
Məzənnə