SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

HARINLAMIŞ MƏMURLAR HAKİMLƏRİN ƏLİ İLƏ ZOR GÜCÜNƏ ƏMLAKIMI ƏLİMDƏN ALIBLAR-CƏNAB PREZİDENT!

7-12-2015, 16:17 | Oxunub: 27 341 |

HARINLAMIŞ MƏMURLAR HAKİMLƏRİN ƏLİ İLƏ ZOR GÜCÜNƏ ƏMLAKIMI ƏLİMDƏN ALIBLAR-CƏNAB PREZİDENT!HARINLAMIŞ MƏMURLAR HAKİMLƏRİN ƏLİ İLƏ ZOR GÜCÜNƏ ƏMLAKIMI ƏLİMDƏN ALIBLAR-CƏNAB PREZİDENT!
Böyükağa Quliyev: Ali Məhkəmənin qərarını Pleniumuna çıxartmaq əvəzinə Əzizbəyov (Xəzər) rayon məhkəməsinin hakimləri ayaqlar altına atıb-tapdalayib!

“EMTV.az”a şikayət ərizəsi ilə müraciət edən Böyük Vətən Müharibəsi (1941-1945) Veteranı, Sovet İttifaqı Kadr zabiti , II dərəcəli Əlil və Əmək Veteranı Rusiya (Moskva) vətəndaşı, hazırda Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi ev-55 də yaşayan (əlaqə tel-070-847-72-91) Quliyev Böyükağa Xosrov oğlu bildirirki, onun atasına məxsus olan torpaq sahəsini və yaşadığı evi məmurlar Əzizbəyov (Xəzər) rayon Məhkəmə hakimləri, Notariuslarla əlbir olub zorla əlindən almaq istəyirlər.

Vətəndaş Quliyev Böyükağa Xosrov oğlu daha sonra bildirirki, bu barədə Azərbaycan Respublikasının bütün aidiyyatı orqanlarına ərizə və teleqramma vasitəsilə müraciət etmişəm, lakin heç bir adiatı üzrə rəhbər vəzifəli şəxslər tərəfindən etdiyim müraciətlərimə cavab ala bilmədiyimdən məcburiyyət qarşısında qalıb sizin vasitənizlə Ölkə Prezidenti Cənab İlham Heydər oğluna üz tutmuşam.

Belə ki, yanvar 2005-ci ildən mübahisə predmetinə çevrilmiş ata yurdum bu günə kimi öz həllini tapa bilməyir. Çünki mülkiyyət hüququm əxlaqa zidd üsullarla mənimsənilib. Öz atamdan mənə miras qalan doğma evimə daxil olmaq mənə qadağan olunub. Baxmayaraq ki, orada bütün tikinti işlərini mən gördürmüşəm. Bu barədə şahidlərim də var.

Şüvəlan qəs., A. İldırım küç.,döngə 5 ev 2-də qeydiyyatında olan 2(iki) otaqdan ibarət yaşayış mənzili,sahəsi 24,2 kvm., ona bitişik köməkçi sahə 75,7 kvm., və 1671 kvm-dən ibarət torpaq sahəsi mərhum atam Quliyev Xosrov Bədəl oğluna məxsus olmuşdur.

Ömürlərinin son nəfəsinə kimi yuxarıda göstərilən ünvanda yaşamış valideyinlərim: Atam-1990-cı ildə, anam isə 2000-ci ildə dünyasını dəyişmişdir. Moskva şəhərində MOSENERJİ sistemində direktor vəzifəsində işlədiyim və orada yaşadığım üçün ailə üzvülərimin ehtibarından sui istifadə edərək, mənə və dayıma xəbər vermədən Ofeliya Abdulla qızı və ailə üzvlərilə birlikdə evin sənədlərini otağımdan oğurlayaraq Şüvəlan qəsəbəsində yerləşən 7 saylı Dövlət Notariusun müdiri Nadir Vədətovla əlbir olaraq ata mülkümü saxtalaşdıraraq öz adına yüz faiz keçirmişdir.

14 FEVRAL 2005-ci ildə Nadir Vədətova məlum etdim ki, mən atama məxsusi olan əmlakın qanuni vərəsəsiyəm. Nadir isə bildirdi: Mənə dedilər ki, “O, qoca kişidir, Moskvada professordur, orada yaşayır, Bakıya gəlməyəcək və 5 ay məktublarıma cavab verməyəcək “vərəsəlik şəhadətnaməsi” verməkdən də dəfələrlə imtina edib.
Dövlət Notariusun müdri Nadir Vədətovun qeyri-qanuni hərəkətləri və vəzifə özbaşınalığı barəsindəki, şikayətimi, yəni mənə məxsus olan mülkümü və həyətyanı sahəmi başqasına verdiyini Ədliyyə Naziri Fikrət Məmmədovun nəzərinə catdırdıqdan sonra mənə 03 avqust 2005-ci ildə mülkiyyət hüququmun ½ hissəsinə tanınaraq vərəsəlik şəhadətnaməsi 7 saylı Notariusun binasında Nadir Vədətov tərəfindən təqdim edildi və mübahisəli ata mülkümə olan hüquqlarım qisməndə olsa həllini tapdı.

Lakin elə o gün, Ofeliya Abdulla qızı və onun iki qızı, hay-küy saldılar ki, ata bağını və evi onlara DNK-7-saylı müdiri Nadir Vədətov və İcra Hakimiyyətinin başçısı verib. Həttda bildirdi ki, guya mən onu, Ofeliya Abdulla qızını döymüşəm. Cinayət işi haqqında Baş Prokurora 15 avqust 2005-ci il tarixli 08-73/13 nömrəli teleqram vuraraq məlumatlandırmışam və ərizələrimlə müraciət etmişəm. Həttda bu haqda Moskvadan üç NOTA göndərilib.

Ofeliya Abdulla qızı və Ailəsi qeyri-qanuni olaraq 6 aydan sonra-Ədliyyə Nazirliyinin komissiyasında mənə verilən ½ pay “ata evi və bağı” o vaxtlar Əzizbəyov məhkəmə hakimi Ziya Əliyevlə əlbir olub, hec bir araşdırma aparmadan otağımdakı (10 nəfərin geyim əşyalarına, bacımın cehizlərinə, mebel dəstinə və qiymətli yadigarlara, uşaqlarımın cehizlərinə mənim qarderobuma, anamın geyim şeylərini ( xaricdən və Beryoskadan alınan) qeyri-qanuni, birtərəfli həbs qoyub və bu həbs bu günə kimidə davam edir.

Mən, hakim Ziya Əliyevin bu qeyri qanuni hərəkətləri barədə etdiyim etirazdan sonra mülki işi Ziya Əliyevdən alıb məhkəmənin digər hakimi Süleyman Ağayevə həvalə etdilər. S. Ağayevin araşdırmaları və ekspertin yazılı təqdim etmiş olduğu rəyi “ata mülkünun və həyətyanı sahənin” iki yerə bölünməsi texniki cəhətdən mümkün olmuşdur. (qeyd: iki mənzil şəklində nəzərə alınmasın)

Yuxarıda göstərilənləri Apellyasiya Məhkəməsinin MİÜMK-nın 18.07.2002-cı il tarixli İMK-4895 saylı qətnaməsi ilə (sədrlik edən S. V. Hüseynov), Əzizbəyov (indiki Xəzər) rayon məhkəməsinin 07 aprel 2006-cı il tarixli qərardadını dəyişdirilmədən qüvvədə saxlamışdır. Daha sonra 05.10.2006-cı ildə N-6-k-2406/06 saylı qərarı ilə Ali Məhkəmə Kollegiyasıda, Apellyasiya məhkəməsi İMK-4895 saylı qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır (sədrlik edən A. Kalbalıyev).

Süleyman Ağayev başqa rayon məhkəmə sədri seçildikdən sonra Əzizbəyov (indiki Xəzər) rayonundan gedən kimi işin №2-62/2006 dəyişərək 3(üç) protokol ləğv olundu, həttda bu mülki işin №2-28/2008 əvəz oldu və izi itirdilər.

19 ay ərzində heç bir məhkəmə iclası olmayıb. Əzizbəyov (indiki Xəzər) rayon məhkəmə işçiləri mənə zidd lakin iddiaçının xeyrinə qovluqdakı sənədləri dəyişdirmiş və yeniləri ilə əvəz etmişdilər. Hətta qətnamədə yazmışdılar ki, guya məhkəmə olub, orada mən və vəkilim çıxış etmişik. Bu ağ yalandır.

Özbaşınalıq o yerə çatıb ki, Ali Məhkəmə Kollegiyasında təsdiq edilən qərar 05.10.2006-cı il №6-k-2406/06 "Naturada ata mülkü və həyətyanı sahənin ½ və ½ hissəyə bölünməsini Plenum çıxarmaq əvəzinə Əzizbəyov (indki Xəzər) rayon məhkəməsinin hakimləri tərəfindən (qət. səh 14, abz 8) qanunsuzluq edilərək ləğv edildi.

Həttda Texniki ekspert X. İsgəndərovuda ələ alaraq onun 26 may 2006-cı ildə 4091 saylı rəyinə qarşı əks rəy almışdılar. Halbuki heç bir ekspert verdiyi rəyə qarşı əks rəy verə bilməz. Belə rəy çıxdaşdır (brak) göstərilən rəyin nəticələrini nə məhkəmə hakimi nədə Ekspert İnstitutu mənə təqdim etməyib

Qətn. səh. 12, abz 6: Qeyd edilir ki,..........24.01.2005-ci il Ramiz Quliyevə ½ hissə pay müəyyən etmiş, ½ hissəni açıq saxlamışdır. Lakin 03.08.2005-ci il tarixdə B. X. Quliyevə (yəni mənə) ½ hissə qanun üzrə Vərəsəlik şəhadətnaməsi verilərkən................07.04.2007-ci ildə təsdiq edilən ərizələr nəzərə alınmamışdır (gələcəkdə yəni , 20 ay sonra təsdiq olunacaq sənədlər nəzərə alınsın?).

Səh. 14, abz 2-də qeyd edilir ki, mən B. Quliyev digər vəsatətlə əlavə məhkəmə ekspertiziyası xahiş etmişəm və N2051 saylı 27.07.2007-ci il ekspert rəy verib-yalandır. Mənim bundan heç xəbərim yoxdur.

Qeydlər. DNK-31 müdiri saxtakarlıqla 3- ərizə (18-20 ay fərqli) kecmiş tarixlə təstiq edib..............DNK-7 müdiri N.Vədətov 18 ay fərqli olaraq köhnə tarixlə 07 aprel 2005-ci ildə ərizələr təstiq edib. Bu ərizələr hec 05.10.2006 ildə iş qovluğunda olmayıb, bu mülki işin dağılmasına səbəb olub

Əzizbəyov Məhkəməsi Qət. Səh.9 abz 3. Qeyd edilir ki, bacım şahid qismində 18.10.2007-ci ildə məhkəmədə cıxış edib, buda yalandır. Azərbaycan İctimaiyyəti, Ədliyyə Nazirliyi, Ali məhkəmə orqanları(məhkəmə hüquq şurası) dəqiq bilirdilər ki, göstərilən tarixdə 18.10.2007-ci ilRəşad Həsənov Respublikadan kənarda olmuşdur. O, Avropa insan Hüquqları Məhkəməsinə hakim vəzifəsinə Namizəd idi. Əvvəllər Moskvada sonra isə Parijdə Stajirovkada olub.

15 səhifədən ibarət olan Əzizbəyov rayon qətnaməsi №2-28/2008, 28 Yanvar 2008-ci il absurtdur heç bir məhkəmə prosesləri aparılmadan, sənədlərdə saxtakarlıq edildiyindən, heç bir sübut olmadan – qətnamənin istər təsviri hissəsi, istərsədə əsaslandırıcı, təstiq edici və nəticə hissələri mübahisəni düzgün həll olunmamasına səbəb olub.

Göstərilən saxtakarlıqlara görə Əzizbəyov rayon məhkəməsi 2(iki) ay müddətində qətnaməni 2-28-2008 cürbəcür bəhanələrlə mənə verməyiblər. Apellyasiya məhkəməsinə şikayətin göndərilməsi 2 ay da çəkdi, 12 dəfə get gəldən sonra ikinci dəfə Dövlət Rüsumunu ödəyərək ərizəmi Apellyasiya Məhkəməsinə göndərmək ücün Əzizbəyov (Xəzər) Məhkəməsində qeydiyyatdan keçirtdim. Yenə də göndərmədilər.

Nəhayət mən 14 may 2008-ci ildə AR Ədliyyə Naziri cənab Fikrət Məmmədovun qəbulunda olduqdan sonra o, bu işə şəxsən özü qarışdı. Ərizəm Bakı şəhər Apellyasiya Məhkəməsinə göndərildi.

Apellyasiya Şikayətim 03 iyun 2008-ci ilə təyin edildi. Hakim Akif İskəndərova həvalə olunmuş mülki işdə hər 2 tərəf və vəkillər də iştirak edirdi. O biri tərəfin vəkili nə fırıldaq işlətdisə, məhkəmə iclası başlanmadan təxirə salındı.

HARINLAMIŞ MƏMURLAR HAKİMLƏRİN ƏLİ İLƏ ZOR GÜCÜNƏ ƏMLAKIMI ƏLİMDƏN ALIBLAR-CƏNAB PREZİDENT!HARINLAMIŞ MƏMURLAR HAKİMLƏRİN ƏLİ İLƏ ZOR GÜCÜNƏ ƏMLAKIMI ƏLİMDƏN ALIBLAR-CƏNAB PREZİDENT!HARINLAMIŞ MƏMURLAR HAKİMLƏRİN ƏLİ İLƏ ZOR GÜCÜNƏ ƏMLAKIMI ƏLİMDƏN ALIBLAR-CƏNAB PREZİDENT!
25.02.2009-cu il AR Prezident Administrasiyası vasitəsi ilə Ali Məhkəmənin Sədri Ramiz Rzayevə, vəkilim Q. Əliyev ilə qəbulunda olarkən "Məhkəmədə bir cavabdeh kimi mənə söz verilməyib, məhkəmə prosesləri olmadan qərarlar çıxarıblar"söylədim. Bu görüşümdə Ramiz Rzayevin verdiyi sözlərdə indiyə qədər açıq qalıb. Axı heç bir məhkəmə prosesləri olmadan qərarlar və qətnamələr çıxarılmır. 31 səh. sənədlər təqdim etmişəm.

Aşağıdakı göstərilən saxtakarlıqlar olmasaydı:

7 və 13 saylı DNK müdirləri köhnə tarixlə (18-20 fərqli) ərizələr təqdim etməsəydilər.......................

Azərbaycan Resbulikası Ali Məhkəməsinin mülki işlər üzrə Məhkəmə Kollegiyasının 05 oktyabr 2006-cı il №6k 2406/06 "Naturada ata mülkümün və həyətyanı sahəmin ½ və ½ hissəyə bölünməsi sənədlərini qovluqdan yox etməsəydilər”...

Texniki Ekspert X. İsgəndərov və Mətanət Qasımova tərəfindən 26.05.2006-cı il tarixli 4109 saylı texniki rəydə qarşı tərəfin xeyrinə sənədlərdə saxtakarlıqla düzəlişlər edilməsəydi...

Əlbəttə Apellyasiya Məhkəməsi MİÜMK-nın hakimi Mədinə Bağırova və Ali Məhkəmə MİÜMK-nın hakimi Rəşadət Ağayev özlərinin adlarına layiq və ədalətli qərarlar çıxardardılar...

Məhz buna görə də göstərilən mülki iş qovluğu Xəzər rayon məhkəməsinin hakimləri və məhkəmə icraçıları tərəfindən əvvəl 3-il, sonra 5 il (2009-2014) gizlədilməzdi. Mən onu nə arxivdə, nə dəftərxanada və hətta kompyuter sistemində belə axtarıb tapa bilməmişəm. Çoxsaylı yazılı müraciətlərdən sonra qovluq və qondarma sənədlər Xəzər rayon məhkəməsində işə yenidən baxan hakiminin “şkaf”ından tapılmışdır.

Yuxarıda göstərilən qeyri-qanuni hərəkət edənlər çalışıblar ki , mülküyətçi kimi mənə aid olan ata yurdumu və həyətyanı sahəmi, ½ paya yox ¼ paya endirsinlər vəsonra sıfra endirsinlər ki, cüzi miqdarda pul təklif etsinlər,mən də bunlardan əl çəkəm. Buna sübut saxta sənədlər əsasında Xəzər rayon məhkəməsinin (hakim Ə. Qəhrəmanov) 01 sentyabr 2015-ci il № 2(003)-764/2015 saylı çıxartdığı qətnaməsidir.

Nəzərinizə çatdırıram ki, Azərbaycan Baş prokuroru Z. B. Qaralova Moskvadan -3 dəfə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən NOTA verilib və RF Baş Prokurorluğundan, Azərbaycan Baş Prokurorluğuna məktublar göndərilib.

RF Ombudsmanı Lukin Vladimir Petroviç şəxsən Azərbaycan Obudsmanına xanım Elmira Süleymanovaya məktubla müraciət edib. Elmira xanım da öz növbəsində Baş Prokuror Z. Qaralova məktub göndərib-Cavab ərizəmdə göstərilənlərə uyğun olmayıb və açıq qalıb.

Qəbulda olarkən 16 dəfə Azərbaycan Prezident Aparatı vasitəsilə Baş Prokurora, Ədliyyə Nazirliyinə, Ali Məhkəmə sədrinə müraciət etmişəm və 200-dən çox Respublikada ərizələrim və məktublarım açıq qalmışdır.

Hətta RF-nin Nazirlər Kabinetindən Azərbaycan Nazirlər Kabinetinə müraciət olunub. O da Məhkəmə Hüquq Şurası (MHŞ)na göndərmiş və sıfra endirmişdir.
Xahiş edirəm (11 ildir) Azərbaycan Respublikası Ali Məhkəmə kollegiyasında təsdiq edilən 05.10.2006-cı il №6-k 2406/06 "saylı qərarda göstərilən ata mülküm və həyətyanı sahəmin ½ və ½ hissəyə bölünməsi" və mənə çatacaq halalca əmlakım geri qaytarılsın.

Cənab Preziden İlham Heydər oğlu Əliyev!

Sizdən xhiş edirəmki, mən Böyük Vətən Müharibəsi (1941-1945) Veterenı, Sovet İttifaqı Kadr zabiti , II dərəcəli Əlil və Əmək Veteranı Rusiya vətəndaşı, hazırda Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi-ev-55-də yaşayan Quluyev Böyükağa Xosrov oğlunun 09 dekabr 2015-ci il tarixində Bakı Apellyasiya məhkəməsində hakim Cəfərov Namiq Şamil oğlu tərəfindən keçiriləcək məhkəmə prosesinə ədalətli baxılmasını, 05.10.2006-cı il tarixli №6-k 2406/06 " saylı Ali Məhkəmə Kollegiyasında təsdiq edilmiş qərarın yenidən qüvvədə qalmasını təmin etməklə öz hümanist hüquqi siyasətinizi əsirgəməyəcəksiniz. Mənim ata yurdumun geri qaytarılması üçün müraciətlərimə müsbət cavab verməklə yanaşı eyni zamanda da inanıramki, Ali Məhkəmənin hakimləri başda olmaqla bu işdə ədalətli olan bütün hakimlərin də şərəfini qorumuş olacaqsınız...

HARINLAMIŞ MƏMURLAR HAKİMLƏRİN ƏLİ İLƏ ZOR GÜCÜNƏ ƏMLAKIMI ƏLİMDƏN ALIBLAR-CƏNAB PREZİDENT!HARINLAMIŞ MƏMURLAR HAKİMLƏRİN ƏLİ İLƏ ZOR GÜCÜNƏ ƏMLAKIMI ƏLİMDƏN ALIBLAR-CƏNAB PREZİDENT!
HARINLAMIŞ MƏMURLAR HAKİMLƏRİN ƏLİ İLƏ ZOR GÜCÜNƏ ƏMLAKIMI ƏLİMDƏN ALIBLAR-CƏNAB PREZİDENT!




Hazırladı: "EMVT.az" Vüsalə Baxşıyeva
Foto: Şamxal Kamal.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR