SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

RUSİYANIN YEGANƏ ÇIXIŞ QAPISIDA QAPADILDI

3-12-2015, 21:23 | Oxunub: 8 878 |

RUSİYANIN YEGANƏ ÇIXIŞ QAPISIDA QAPADILDI

Rusların ucbatından son illərdə qarşılıqlı münasibətlərin inkişafı istiqamətində bütün sahələr üzrə qazanılmış bütün uğurlar bir neçə günün içərisində məhv edildi

Türkiyə-Rusiya qarşıdurması yeni istiqamətlər almağa başlayıb. Belə ki, qarşıduran tərəflər əllərindəki bütün “kozırlar”ı dövriyyəyə buraxıblar. Xüsusilə də Rusiya Türkiyəyə qarşı zərbə xarakteri daşıya biləcək istənilən addımı atmağa hazır görünür.


Əslində, bu, heç təəccüblü də deyil. Hər iki dövlət tarixən bir-birinə düşmən olmuş imperiyaların müasir varisləridir. Bir neçə dəfə qanlı müharibələrlə tarixə düşmüş bu dövlətlərin münasibətlərdə qarşılıqlı etimadsızlıq ənənəsi hələ də aktualdır.

Türkiyənin sərhədini pozan rus təyyarəsinin vurulmasından sonra tarixi düşmənçilik ənənəsi yenidən ön plana keçib. Son illərdə qarşılıqlı münasibətlərin inkişafı istiqamətində bütün sahələr üzrə qazanılmış bütün uğurlar cəmisi bir neçə günün içərisində məhv edildi. Sonradan normala döndürülməsi çətin bir situasiya yaradıldı.

Məsələ ondadır ki, indi Rusiya əlində olan və istifadə edə biləcəyi bütün siyasi-iqtisadi və təbliğati arsenalla Türkiyənin üzərinə gedir. Və bu, qətiyyən gözlənilməz deyil. Çünki ötən yazılarımızın birində proqnozlaşdırmışdıq ki, prezident V.Putin “Su-24 böhranını öz iradəsiylə siyasi-diplomatik vasitələrlə nizamlamaq şansına sahib deyil.

Səbəbsə, çox sadədir. Belə ki, prezident V.Putin Rusiyanın Hərbi-Sənaye Kompleksinin (dərin dövlət) hakimiyyətə gətirdiyi bir dövlət başçısıdır. Hakimiyyətdə qaldığı bütün bu illər ərzində də məhz Hərbi-Sənaye Kompleksinin birmənalı dəstəyinə güvənib.

Ona görə də, prezident V. Putin Rusiya dövlətinin qüruruna toxunan məsələlərdə öz hakimiyyətinin mövcudluğuna qarant duran həmin o şəriksiz güc mərkəzinin mövqeyini ifadə etmək məcburiyyətindədir. Əks halda, prezident V.Putin çox qısa zamandan sonra Kremlin qala divarlarından içəri belə, keçə bilməz.

Hava məkanı kobud şəkildə pozulmuş Türkiyənin rus qırıcısını vurması da Rusiyanın imperial qüruruna tarixi zərbədir. Və Rusiya Hərbi-Sənaye Kompleksi də bu tarixi zərbə ilə barışmağa hazır deyil.

RUSİYANIN YEGANƏ ÇIXIŞ QAPISIDA QAPADILDI

Çünki Türkiyə sadəcə, bir rus qırıcısını vurmayıb. Türkiyə əslində, bütün dünyanı Rusiya xofundan xilas edib. İndi bütün dünya çox gözəl anlayır ki, Rusiya nə qədər hərbə-zorba gəlsə də, hərbi xarakterli addım atmağa cəsarət edəcək durumda deyil. Yəni Kremlin belə situasiyalarda hərbi qarşılıq verə bilib-bilməyəcəyi müəyyən mənada test edilmiş oldu. Bu testin cavabı Qərb üçün müsbət, Rusiya üçün isə mənfi nəticələndi.

Bütün bunları nəzərə aldıqda, beynəlxalq supergüc imici zədələnmiş Kremlin hazırda bu qədər qəzəbli olması və isterik davranması gözlənilməz deyil. İndi Kremlin, o cümlədən, prezident V.Putinin atdığı addımlar qəzəbli Hərbi-Sənaye Kompleksinin təlimatlarından qaynaqlanır.

Rusiya müdafiə nazirinin müavini Antonovun bir neçə generalla ortaq brifinq keçirtməsi də bunun əlaməti sayıla bilər. Çünki rus generalları Rusiyadakı xarici ölkə səfirliklərinin hərbi attaşeləri qarşısında keçirtdikləri həmin brifinqi Türkiyəyə, prezident Rəcəb Tayyib Ərdoğana və onun ailəsinə həsr ediblər. Brifinqdə generallar Türkiyənin və Ərdoğan ailəsinin İŞİD-ə dəstək verdiyini, eləcə də bu terrorçu qurumla neft alveri etdiyini sübuta yetirməyə çalışıblar. Sübut kimi isə kosmik peykdən çəkilmiş videokadrlar nümayiş olunub.

Həmin videokadrlarda Türkiyənin sərhəd keçid məntəqəsi qarşısında sıralanmış onlarla TIR-ın xam neft daşıdığı iddia olunub. Amma xam neftin niyə sisternlərdə deyil, məhz TIR-larda daşındığı isə nədənsə izah edilməyib. Bununla belə, ordu generalı Antonov iddia edib ki, bu videokadrlar avqust ayından üzübəri çəkilib və Türkiyənin İŞİD-lə neft alverini sübut etdiyi üçün prezident R.T.Ərdoğan mütləq istefa verməlidir. O, həmin videomaterialların ABŞ-a təqdim edildiyini də əlavə edib.

Ancaq rus generalların bu isterik iddialarında kifayət qədər ciddi suallar doğuran məqamlar da mövcuddur. Belə ki, heç kim xam nefti TIR-larda daşımaz. Çünki TIR-lar xam neftin daşınması üçün uyğun nəqliyyat vasitəsi deyil.

Halbuki rəsmi Ankara NATO-dakı müttəfiqlərinin informasiya dəstəyi ilə belə TIR-ların Rusiyanın separatçı Donbasdakı terrorçulara humanitar yardım adı altında silah daşıması üçün uyğun olduğunu daha asanlıqla sübut edə bilər. Həmin silahların sayəsində Donbasdakı terrorçular artıq uzun müddətdir ki, Ukrayna ordusuyla başa-baş vuruşmaqda davam edirlər.

Təbii ki, prezident Ərdoğan kimi təcrübəli siyasətçinin belə bir isterik iddiaya görə istefa verəcəyinə də yalnız sadəlövhlər inanar. Sadəcə, bu məsələdə prezident Ərdoğanı bir qədər duyğusal bəyanat verməkdə qınamaq olar. Belə ki, Ərdoğan Türkiyənin İŞİD-lə əlaqələri sübut olunarsa, istefa verməyə hazır olduğunu bəyanlamaqla, Rusiyanın əks-təbliğati spekulyasiyasına yersiz material verib. Hər halda, Türkiyənin bu məsələdə təmizliyinə tam əmin olan Ərdoğan belə bir sübut olarsa, günahkarların ən sərt şəkildə cəzalandırılacağını vurğulamaqla kifayətlənə də bilərdi.

RUSİYANIN YEGANƏ ÇIXIŞ QAPISIDA QAPADILDI

Digər tərəfdən, Rusiyanın avqust ayından üzübəri qeydə aldığı bu videomaterialların niyə indi bütün dünyaya yayılması da suallar doğurur. Çünki əgər, Kreml doğrudan da terrorizmə qarşı mübarizə aparırdısa, onda həmin videogörüntülər dərhal açıqlanmalıydı. Belə anlaşılır ki, Rusiya üçün terrorizmlə mübarizənin əhəmiyyəti sadəcə, vurulmuş bir rus təyyarəsi dəyərindədir. Üstəlik, Türkiyə cəmisi bir neçə həftə əvvələ qədər Rusiya üçün bütün sahələr üzrə əməkdaşlıq etdiyi ən önəmli dövlət idi və prezident Putin rəsmi Ankaranı yeni müttəfiq, Ərdoğanı isə dost adlandırırdı.

Nəhayət, Rusiyanın həmin videomaterialları ABŞ-a göndərməsi də anlaşılmazdır. Çünki ABŞ-ın da kosmik peyklərinin olduğunu Kremldə bilməmiş deyillər. Yəni əgər Rusiyada belə görüntülər varsa, deməli, ABŞ bundan daha artığına sahibdir. Və Ağ Ev üçün Türkiyənin ittiham olunmasını vacib edən durum olsaydı, ABŞ bunun üçün Rusiyadan videogörüntü gözləməzdi. Yəni rus generallarının bu isterik brifinqi mövcud situasiyanı dəyişəcək əhəmiyyətə malik deyil.

Ancaq Kreml generalların bu brifinqi sayəsində sadəcə, Türkiyə və Rusiya arasındakı uçurumu daha dərinləşdirmiş oldu. İki dövlət arasında siyasi-diplomatik vasitələrlə nizamlana biləcək böhranı daha da qəlizləşdirdi.

Digər tərəfdən, bu brifinqdən sonra Türkiyə ABŞ və Qərbə daha da yaxınlaşmaq məcburiyyətində qaldı. Çünki rəsmi Ankaranın siyasi cəhətdən şantaj edilməsinə beynəlxalq zəmin yaradılmış oldu. Halbuki son böhrana qədər məhz Türkiyə ABŞ və Qərbin Rusiyaya qarşı qurduğu siyasi-iqtisadi və ticari blokadanı pozaraq, onun qapanmasına imkan verməmişdi.

Ancaq rəsmi Ankaranın bundan sonra da Rusiya üçün həmin blokadanın çıxış qapısı rolunu oynamağa həvəsli olacağı qətiyyən inandırıcı görünmür. Yəni Kreml Rusiyanın blokadadan yeganə keçid qapısını da öz üzünə qapatmış oldu. Deməli, Kreml nə vaxtsa, bu qapının yenidən açılmasına cəhd göstərsə, Türkiyə qarşısında daha önəmli şərt-öhdəliklərə hazır olmaq məcburiyyətində qala bilər.

Yazar : Elçin XALİDBƏYLİ

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR