SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"NARDARANDA İCRA BAŞÇISI İLƏ BARİKADALARI SÖKMÜŞÜK"-ELDAR QULİYEV

3-12-2015, 15:49 | Oxunub: 9 005 |

"NARDARANDA İCRA BAŞÇISI İLƏ BARİKADALARI SÖKMÜŞÜK"-ELDAR QULİYEV

Nardaran hadisələri ilə bağlı həmin qəsəbənin də daxil olduğu 28 saylı Sabunçu üçüncü seçki dairəsinin deputatı Eldar Quliyev hafta.az saytına müsahibə verib. "EMTV.az" həmin müsahibəni təqdim edir.

- Hadisələrdən sonra mediada sizin Nardaranda olmadığınız, hadisə yerinə bir dəfə də olsun getmədiyiniz qeyd olunur. Doğrudanmı noyabrın 26-dan bu yana Nardarana baş çəkməmisiniz? Halbuki camaatla danışıqlarda siz öndə olmalı idiniz. Barrikadaların sökülməsində insanları evlərinə dağılışmağa sövq etmək sizin də işiniz idi...

- Mətbuat hər nə gəldi yazır. Noyabrın 30-da ora boşaldılarkən mən Nardaranda olmuşam. İcra başçısı Adillə birgə danışıb, barrikadaları sökdürmüşük. Jurnalistlər bunu bilmirlər axı. Biz məgər elan etməliyik ki, bu işləri görmüşük?! Sonra da camaatla danışdıq ki, çıxın gedin evinizə, onlar da dağılışdılar. Səhər də oraya polislər getdilər ki, yenidən qarşıdurma yaşanmasın. Ayın birindən də Nardaranda fövqəladə vəziyyət elan edilib. İlk növbədə bəzi sakinlərdə olan silahların yığılması prosesi başlayıb. 20-25 ildir o kənddə həmişə qarşıdurma olur. İndi də dövlətimiz istəyir ki, bu məsələlər kökündən həll edilsin, bir də qarşıdurmalar yaşanmasın. Nardaranlıların da, bizim də istədiyimiz odur ki, bütün bu məsələlər aradan qaldırılsın. Xəbərlər yayılır ki, guya mən yerimdə olmuram. Bizim orada qərargahımız var. Gedin baxın, qərargahımız bağlı olsa, mən oranı dağıdaram. Həftənin yeddi günü oradakı ofisimiz açıq olur. Həmin jurnalistə dedim ki, gəlib bizim ofisimizə girmisiniz, bağlı olub? Deyir, yox, mənə elə deyiblər. Adama deyərlər sən kimsən mənim qabağımda, mən elmlər doktoruyam. Mənim kitablarım Çikaqoda, Hannoverdə çap olunub. Mənim haqqımda yazan jurnalistin şəkillərini internetdən çıxarmışam. Materialı da götürüb Baş Prokurorluğa təqdim etmişəm. Adama deyərlər, nardaranlılarla mənim arama niyə girirsən? Biz ata-babadan görmüşük ki, odun üstünə benzin yox, su tökərlər. Biz də çalışırıq ki, orada baş verənlər sakitliklə həll edilsin. O da kimliyindən asılı olmayaraq, bizim vətəndaşımızdır. Hər bazar günü mən ofisimdə oluram. Ofisimiz Maştağada yerləşir. Biz onu elə yerdə tikdik ki, həmin kəndlərin mərkəzində olsun. Maştağadan da, Nardarandan da mənim qəbuluma gəlirlər. Digər altı günü isə bizə Milli Məclis tərəfindən təyin olunmuş köməkçim orada oturur. Ofisdə hər gün 3-4 nəfər səlahiyyətli nümayəndəm oturub, camaatı qəbul edir. Deyirlər ki, biz orada olmuruq. Oradakı parkı kim tikdirib? Adama deyərlər, qeydiyyat şöbəsini kim inşa etdirib? Oradakı poliklinikanı kim tikdirib? Abidəni, hazırda tikilən yeni mədəniyyət evini, kim inşa etdirir? Xahiş edirəm gedin oradakı məscidə, soruşun ki, məscidin yenidən qurulması kimin işidir? Nardarana 67 ədəd transformatoru da mən qoydurmuşam. Nardaranın yollarını kim asfaltladıb, o kəndə kim su çəkdirib?! Nardaranda 187 nömrəli məktəbin dam örtüyünü də mən təmin etdirmişəm. Azərbaycanda mənim qədər iş görən, üstəlik camaatla da görüşən deputat yoxdur. Təkcə, Qurban bayramında Nardaran, Bilgəh, Zabrat, Maştağa camaatına beş ton ət paylamışam.

- Nardaranla bağlı sizdə olan məlumatlar nədir? Hazırda orada vəziyyət nə yerdədir?

- Dünən daxili işlər naziri orada görüş keçirdi. Nardaranlılarla söhbətləşdi. Qəsəbə camaatından kimin nə sualı vardısa, nazirə ünvanlayıblar. Hal-hazırda istintaq gedir. 32 nəfər də artıq həbs olunub. Bu, hələlik ilkin istintaqdır. Ölənlər, yaralananlar olub, hələ ki, araşdırmalar davam edir. Hazırda Nardaranda fövqəladə vəziyyət elan olunub. Bununla əlaqədar qanuna müvafiq olaraq heç kimin ora müdaxilə etmək ixtiyarı yoxdur. Hazırda Nardaranda olmaq daxili işlər nazirinin, daxili qoşunların komandirinin vəzifəsidir. Həmin şəxslər də qəsəbədə olublar. Daxili Qoşunların komandanı hazırda da oradadır. Bu səhər Nardarandan mənə zəng gəldi, danışdım. Yəni hazırda mənim orada olmağıma elə bir zərurət yoxdur. Sakinləri çağıranda gedib izahatlarını verirlər. Taleh Bağırzadə haqqında məlumatlar toplanılır. Onun Nardarana necə gəldiyi, ətrafındakı insanların onun başına necə yığışdığı, nardaranlı olmayan kənar şəxslərin bura necə gəldiyi soruşulur. Çünki təkcə Taleh gəlməyib. Onunla Nardarana gələrək xeyli adam cəmləşib. Yəni o, öz adamlarını da yığıb Nardarana gətirib. Əvvəl heç hökumət də bilmirdi ki, bunlar haradan gəlib. Əməliyyatdan sonra bütün bunlar aydın oldu.

- Dünən, ya bu gün olmusunuzmu Nardaranda? Belə məqamda sizin üzərinizə bir deputat olaraq hər hansısa vəzifələr qoyulubmu?

- Nə dünən, nə bu gün Nardaranda olmamışam. 29-30 dekabrda orada olub, insanlarla danışıb, meydanı boşaltdırmışıq. Saat on birə qədər də ağsaqqallarla danışıb, məsələni yoluna qoymuşuq. Hazırda da fövqəladə vəziyyətlə əlaqədar olaraq heç kəs Nardarana buraxılmır. Hökumət tərəfindən tapşırıq verilib bu barədə. Biz gedib nə edəsiyik ki, ancaq orada həbçilər var. Mənim deputat toxunulmazlığım olsa da, məsələyə dəxli yoxdur. Fövqəladə vəziyyət tətbiq edilibsə, oraya girmək olmaz. Mən qanunla danışıram, bunlar qanunda var. Fransada, Türkiyə də də terror əməliyyatları keçirildi, orada əməliyyat vaxtı deputat var idi?! Dünyanın heç bir yerində belə şey yoxdur. Biz deputatlar sonradan danışıqlar aparırıq, sonradan məsələyə qarışırıq. Belə bir vəziyyətdə orada ancaq güc strukturları olmalıdır, başqa adam girib-çıxa bilməz. Yalnız dövlət tərəfindən tapşırıq olsa, biz gedə bilərik.

- Yaxın günlərdə Nardarana gedəcəksinizmi? Yoxsa aranın tamamilə sakitləşməsini, fövqəladə vəziyyətin götürülməsini gözləyirsiniz?

- Artıq 11 ildir hər bazar günü nəyin baş verməsində asılı olmayaraq, qərargahımda oturub, sakinləri qəbul edirəm. Bu bazar günü Maştağadakı qərargahımda olacağam. Öz əhalimizlə görüşəcəyəm. Maştağada da qərargahın qabağında polislər var. Onlar da qərargaha girib-çıxan adamları bir-bir yoxlayırlar. Bütün maşınlar saxlanılır. Amma Nardarana getməyəcəyəm. Çünki hazırda orada fövqəladə vəziyyətdir. Adama deyərlər ki, sən gəlib burada nə edəcəksən? Polis orada lazım olan vəziyyəti elan edib. Fövqəladə vəziyyətin əsas məğzi də odur ki, oradakı ünsürlər təmizlənsin və silahlar yığılsın. Hər dəfə oradan silah səsi gəlir. Bunlar toplanmalıdır.

- Bir millət vəkili olaraq, hadisədən əvvəl yəqin ki, bu kənddə radikallıq elementlərini hiss etmişdiniz. Bununla bağlı həmin ekstremistlərlə, onlara qoşulan bəzi kənd cavanları ilə görüşüb, söhbət etmişdinizmi? Yaxud bundan sonra maarifləndirmə işləri aparacaqsınızmı?

- Yarım saat bundan qabaq oranın ağsaqqalı olan Mehman adlı şəxslə telefonla danışırdım. Ona bildirdim ki, vaxtında mən sizə xəbərdarlıq etmişdim ki, radikallığı yığışdırın. Deyirdilər ki, heç nə etmirik. Bildirdim ki, Taleh Bağırovun orada nə işi vardı?! Taleh kimilər hansısa dövlətə işləyir də. Şeyxin müavini Hacı Məhəmmədə də dedim ki, sən də bunlarla söhbət elə, başa sal ki, belə olmaz. O da dedi ki, bunların içərisində bir–iki nəfər var. Həm də mənə bildirdi ki, bunların əli başqa dövlətin bayrağındadır. Yəni bu barədə maarifləndirici söhbətlər aparmışam. Talehin başında bir-iki nardaranlı vardı, onlar da həbs olunublar. Onlar üç dəfə mənə səs verib. Hər şey qaydasına düşəndən sonra yenə bir yerdə olacağıq. O kəndlərdə bir dənə də xeyir-şər bizsiz olmur. Nardaranlıların bütün məclislərində iştirak edirəm. Çünki mən oranın yerli sakiniyəm, oradan çıxmışam, Maştağadanam.

- Hadisədən sonra Nardaranın Ağsaqqallar Şurası yaranmış vəziyyəti aradan qaldırmaq üçün dövlətin onlarla danışığa getməsini bəyan etmişdi. Siz bu günlərdə millət vəkilləri olaraq Nardaran ağsaqqalları ilə bu və ya digər şəkildə əlaqə saxlamısınızmı? Yaxud onlar sizə hər hansı bir müraciət ünvanlayıblarmı?

- Nardaranın Ağsaqqallar Şurasında bircə Namiq kişi var. Başqa adam yoxdur. O da tez–tez mənə zəng edir. Namiq kişi də öz işində, gücündədir. Orada başqa hörmətli ağsaqqallar da var. Amma Ağsaqqallar Şurası adı ilə tanınan qurumda Namiqdən başqa heç kim yoxdur.

- Nardaranda elektrik enerjisi və istehlak edilən mavi yanacağın pulları ödənilmir və kifayət qədər də yüksək bir məbləğdir. Əvvəllər bu borcların qaytarılması ilə bağlı insanlarla heç görüşüb, danışmısınızmı?

- Hakimiyyət həmişə bunlara hörmət edib. Hansı dövlətdə var ki, işıq, qaz pulsuz olsun. Neçə dəfə camaatı yığıb demişik ki, işlətdiyiniz işığın, qazın pulunu ödəyin, 1-2 faizlə olmur. Nardaranın borcları olduqca çoxdur. Elə vaxt olub ki, getmişəm Nardarana, yağışın altında islana-islana Baba Rzayevin yanına üz tutmuşuq. Xahiş etmişik ki, bunların işığını, ya qazını bərpa edin. Onlar da sözümüzü yerə salmayıb, bərpa ediblər. Deyiblər ki, amma pullarını ödəməlidirlər. Son dövrlər cənab prezident tərəfindən güzəşt edildi, Nardaranın işıq-qaz pulları silindi. Hazırda yığılanlar isə təzə borclardır. Allah Taleh Bağırzadənin başına daş salsın ki, 31 yaşı var, bu cür oyunlardan çıxır. Arzu edirəm ki, günahsızlar həbs olunmasın. Kimin günahı da var, gedib, qanun qarşısında cəzasını çəksin.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR