SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

DİNİ KONFESSİYA RƏHBƏRLƏRİNDƏN PREZİDENTƏ MÜRACİƏT

1-12-2015, 15:59 | Oxunub: 11 923 |

DİNİ KONFESSİYA RƏHBƏRLƏRİNDƏN PREZİDENTƏ MÜRACİƏT
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə müraciət etdilər. Müraciətdə deyilir:

Möhtərəm cənab Prezident! Zati-aliləri!

Biz – Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Zati-alilərinizə yüksək ehtiramımızı ifadə edərək, Beynəlxalq tolerantlıq günü münasibətilə multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafındakı xidmətlərə görə yüksək təltifat – “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görüldüyümüz üçün dərin minnətdarlığımızı və xoş arzularımızı çatdırırıq.

Bu gün sivilizasiyaların qovuşduğu Azərbaycanda təşəkkül tapmış davamlı tolerantlıq mühiti cəmiyyətimizdə milli-mənəvi həmrəyliyi və ictimai-siyasi sabitliyi şərtləndirən tarixi nailiyyətdir. Dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları ölkəmizdə mövcud olan söz, vicdan və dini etiqad azadlığından, dövlət-din münasibətlərindən və demokratik-hüquqi şəraitdən lazımınca yararlanmaqdadırlar. Azərbaycanda müsəlmanlarla yanaşı pravoslav, katolik, yəhudi, alban-udi icmaları da milli-mənəvi dəyərlərdən sərbəst istifadə edərək ölkəmizdə gedən böyük quruculuq işlərində yaxından iştirak edirlər. Biz tam əminliyi ilə deyə bilərik ki, bu gün Azərbaycanda Sizin fövqəladə səylərinizlə bütün sahələrdə əldə olunan nailiyyətlər – iqtisadi inkişaf, ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik, etnik-dini tolerantlıq təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və mütərəqqi tarixi ənənələrdən bəhrələnən uğurlu siyasətin məntiqi nəticəsidir.

Hazırda dünya birliyində layiqli yerini tutan müstəqil və demokratik Azərbaycan Respublikası beynəlxalq aləmlə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Ölkəmiz əksər nüfuzlu beynəlxalq və regional təşkilatlarda təmsil olunur, Beynəlxalq Humanitar Forumlara, BMT-nin Sivilizasiyalar Alyansına, Mədəniyyətlərarası Dialoq Forumuna, UNESCO və İSESCO-nun mötəbər tədbirlərinə ev sahibliyi edir. Eyni zamanda, dünya dinləri nümayəndələrinin təmsil olunduğu ali məclislər - MDB müsəlmanları Məşvərət Şurasının, Qafqaz xalqları Ali Dini Şurasının iclasları, Dünya Dini liderlərinin beynəlxalq Sammiti Bakıda keçirilir və dinlərarası dialoqun, multikulturalizmin, sivilizasiyalararası əməkdaşlığın bariz nümunəsini təcəssüm etdirir. Biz, din xadimləri bu müstəvidə qarşılıqlı münasibətlərin, mədəniyyətlərarası dialoqun dinamik inkişafına müsbət təsir göstərən bütün səyləri təqdir edirik və gələcəkdə davam etdirmək niyyətindəyik.

Qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada, eyni zamanda ziddiyyətli proseslər, ayrı-ayrı bölgələrdə milli-mədəni, mənəvi və siyasi qarşıdurmalar, islamofobiya, antisemitizm, ksenofobiya halları da müşahidə olunur. Təəssüf hissi ilə qeyd etməliyik ki, etnik-siyasi qarşıdurmalar, terrorizm, separatçılıq, dini radikalizm, dindən sui-istifadə edərək münaqişələr yaratmaq kimi bütövlükdə bəşər sivilizasiyasını təhdid edən hadisələr zəmanəmizin bugünkü acı gerçəyidir. Belə vəziyyətdə mədəniyyətlərarası dialoqa, aparıcı dünya dinlərinin həmrəylik və sülh çağırışlarına ciddi ehtiyac vardır. Əminik ki, Zati-alilərinizin və Heydər Əliyev Fondunun rəhbəri, birinci xanım Mehriban xanım Əliyevanın dəstəyi ilə bizim hər zaman təbliğ etdiyimiz və dünyaya multikulturalizmin nümunəsi kimi təqdim etdiyimiz Azərbaycanın tolerantlıq modeli sivilizasiyalararası dialoqun və mədəni əlaqələrin inkişafına, qarşılıqlı anlaşma və dostluq kimi bəşəri dəyərlərin təşviqinə və təkamülünə öz töhfəsini verməkdədir. Dövlətimizin bütün dini konfessiyalar üçün yaratdığı eyni şəraitin və bərabər münasibətin ən parlaq təzahürlərindən biri də multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafındakı xidmətlərə görə bizə təqdim etdiyiniz Fəxri Diplomda əksini tapır.

Möhtərəm cənab Prezident!

Regionumuzda yaşayan bütün xalqlar və millətlər Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və iqtisadi qüdrətinin artmasında Sizin misilsiz xidmətlərinizin canlı şahididirlər. Siz, bir dövlət başçısı kimi milli-mənəvi dəyərlərin, tarixi abidələrin qorunması, dini məbədlərin, məscid, kilsə və sinaqoqların bərpası və inşası sahəsində böyük işlər görmüş bir rəhbərsiniz. Milli-mədəni irsin dirçəlişində göstərdiyiniz maddi və mənəvi yardıma görə daima dindarların duaları ilə yad olunur və olunacaqsınız.

İmkandan istifadə edərək, böyük ehtiram hissi ilə Sizə və ailənizə uzun ömür, can sağlığı, şərəfli fəaliyyətinizə uğurlar arzulayırıq. Biz dindarlar Azərbaycan xalqının gələcəyi və rifahı naminə Sizin fəaliyyətinizi hər zaman bəyənir və dəstəkləyirik. Ümidvarıq ki, bütün münaqişə bölgələrinin, o cümlədən əzəli Azərbaycan torpağı olan Qarabağın problemi tezliklə beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə öz ədalətli həllini tapacaqdır. Əminik ki, Uca Yaradanın köməyi və Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara imza atacaq, haqqın qalibiyyəti Zati-alilərinizlə olacaqdır. Bu, bizim ümidimiz və Sizin üçün ünvanlanan dualarımızdır!

Uca Yaradan hər zaman yardımçınız olsun! Amin.

Dərin hörmət və ehtiramla,

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Avropa yəhudilərinin Bakı icmasının sədri Gennadi Zelmanoviç və Alban-udi xristian dini icmasının sədri Robert Mobili

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR