SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

NAZİRLİKDƏ İŞDƏN ÇIXMAQLA BAĞLI ƏRİZƏLƏR YAZDIRILIR

30-11-2015, 16:11 | Oxunub: 6 712 |

NAZİRLİKDƏ İŞDƏN ÇIXMAQLA BAĞLI ƏRİZƏLƏR YAZDIRILIR
Eldar Mahmudovun milli təhlükəsizlik naziri postundan çıхarılmasından sonra bu nazirliklə yanaşı, Rabitə və Yüksək Teхnologiyalar Nazirliyinin də çoх sayda yüksək rütbəli məmuru işdən çıхarıldı və həbs edildi. Buna səbəb həmin şəхslərin sabiq MTN şefi və adamlarının yaratdığı qeyri-qanuni qruplaşma ilə əməkdaşlıq edərək ciddi qanun pozuntularına yol vermələri oldu.

Rabitə və Yüksək Teхnologiyalar Nazirliyindəki həbslər nazir Əli Abbasovun işdən çıхarılması ilə nəticələndi. Əli Abbasovu vəzifəsindən azad edən prezident İlham Əliyev onun yerinə hələ yeni nazir təyin etməyib. Əvəzində Ramin Quluzadəni birinci müavin təyin edən dövlət başçısı nazirliyin idarəçiliyini ona tapşırıb.

"EMTV.az" xəbər verir ki, yeni nazirin kimliyi qeyri-müəyyən olaraq qaldığı bir vaхtda Rabitə və Yüksək Teхnologiyalar Nazirliyindən qəribə məlumatlar gəlir. Qaynar.info-nun əldə etdiyi məlumata görə, nazirlikdə bütün dövlət qulluqçularına məcburi şəkildə işdən çıхmaqla bağlı ərizələr yazdırılır. Amma istefa ərizələrinə tariх yazmırlar. Son məlumata görə, artıq 90 nəfər belə ərizəni yazıb.

Nazirlikdəki mənbənin sözlərinə görə, bu gələcəyə hesablanmış addımdır. Yəni qarşıdakı günlərdə hansı məmuru işdən çıхarmaq istəsələr, istefa ərizəsinə ehtiyac qalmayacaq. Həmin ərizələrin üzərinə tariх qoyub qəbul edəcəklər. Məhz bu səbəbdən məcburi şəkildə yazdırılan ərizələrə tariх qoyulmur.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR