SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

TÜRKİYƏ İLƏ QARŞIDURMA PUTİNƏ SƏRF EDƏCƏK

30-11-2015, 15:18 | Oxunub: 8 918 |

TÜRKİYƏ İLƏ QARŞIDURMA PUTİNƏ SƏRF EDƏCƏK

ABŞ-ın nüfuzlu “The New York Times” qəzeti Rusiya və Türkiyə arasında son zamanlar yaranmış gərginliyə toxunub. Qəzetin əməkdaşı Nil Makfarkuar yazdığı məqalədə Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanın bir-birinə çox bənzədiklərini və bu bənzərliyin onların ittifaqına mane olduğunu yazıb. "EMTV.az" xəbər verir ki, Modern.az həmin məqaləni ixtisarla təqdim edir.

“Problem ondadır ki, hər iki prezident öz statuslarına böyük önəm verirlər və riskli oynamağı sevirlər. Həm Putin, həm Ərdoğan üçün zəif görünməmək vacibdir. Nə o, nə də o birisi geri çəkilməyi yaxud üzr istəməyi bacarmır. Bu mənada onlar sanki əkizlərdi.
Onların hər ikisini güzəştsiz, millətçiliyə meylli və avtoritar adlandırırlar. Putin hakimiyyətdə qalmaq üçün prezidentlikdən baş nazirliyə və sonradan yenidən prezidentliyə qayıtmışdı.

Ərdoğan da eyni şeyi edir, həm də konstitusiyanı dəyişərək prezidentə daha çox səlahiyyət verməyə çalışır. Hər iki lider qanuna hörmət etdiklərini desələr də, onları həmin qanunları pozmaqda ittiham edirlər. Putin və Ərdoğan onları tənqid edən iri biznes və müxalifət mediasını susdurmaq üçün məhkəmə və vergi orqanlarını zəncirdən buraxıblar.

Putin müxalifətə təzyiqləri ilə məşhurdur.

Ərdoğan da belə reputasiya ilə tanınır. Türkiyə prezidentini təhqir etmək ittiham ilə onlarla insan istintaqa cəlb olundu, bir neçə xarici jurnalist isə deportasiya edildi.

İki lider də uğursuzluqlarında xarici, beynəlxalq qüvvələri ittiham edirlər və özlərini cəzasız hiss etməyə əsas verən ölkə daxili yüksək populyarlıqla siyasətlərini davam etdirirlər. Ümumilikdə, bu iki insan bir-birinin əksi olduğu üçün təyyarə insidenti ilə bağlı yalnız üçüncü tərəfin iştirakı ilə danışa bilərlər.

Onlar bir-birinə etibar etmirlər. Hər ikisinin çox böyük ambisiyaları var. Digər tərəfdən, iki liderin Parisdə iqlimlə bağlı keçiriləcək beynəlxalq konfransda danışıb-danışmayacaqları da hələ ki, məlum deyil. Ərdoğan Kremlə zəng vurduğunu və problemin itiliyin azaltmaq üçün konfransın kuluarlarında müzakirə etməyi təklif etdiyin söyləyib. Putinin yeganə cavabı isə şənbə günü Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiq olunması barədə sərəncam oldu.

Bir çox analitiklər qeyd edir ki, Türkiyə ilə uzunmüddətli qarşıdurma Putinə sərf edəcək.

Ola bilsin ki, Qərbin Ukraynaya görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar aradan götürüləcək. Əgər Qərb əleyhinə əhval-ruhiyyədə olan Moskvanın hədəfi Türkiyəyə doğru dəyişərsə, bu Qərblə münasibətlərin yaxşılaşmasına səbəb olacaq”.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR