27 noy 17:13Oxunub: 570 |

AZƏRBAYCAN HAVA QUVVƏLƏRİ HAZIRLİQ VƏZİYYƏTİNƏ GƏTİRİLDİ

AZƏRBAYCAN HAVA QUVVƏLƏRİ HAZIRLİQ VƏZİYYƏTİNƏ GƏTİRİLDİ

"EMTV".az xəbər vərir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri təlim çərçivəsində hazırlıq vəziyyətinə gətirilib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, döyüş şəraitinə maksimal yaxın vəziyyətdə qəfil həyacan siqnalı ilə qaldırılan şəxsi heyətin döyüş qabiliyyəti, praktiki bacarığı, eləcə də döyüş vasitələrinin tətbiqi imkanları yoxlanılıb.

Təlim mərkəzində Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən döyüş tapşırığının yerinə yetirilməsi "Osa" 9A33BM-3 zenit-raket komplekslərinin istifadəsi ilə həyata keçirilib.

Şəxsi heyət hava məkanını pozan şərti düşməni aşkarlayaraq izlənməyə götürüb və təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı kiçik həcmli, aşağı yüksəklikdə, qrup halında uçan hədəflər raket zərbələri ilə dərhal məhv edilib.

Təlimdə qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1231
XƏBƏR LENTİ

Reklam
Məzənnə