17 noy 13:48Oxunub: 1337 |

Hansı vəzifəlilərin övladları bir-birindən boşanıblar?

Hansı vəzifəlilərin övladları bir-birindən boşanıblar?
Azərbaycanda son vaxtlar bir-birinin ardınca "vurulan" iri məmurlarla bağlı ilk ağla gələn onların kiminlə quda olduğudur. Məsələn, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov görəvdən alınarkən KİV-lər onun Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevlə, sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad olunarkən isə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Etibar Pirverdiyevlə quda olmasına diqqət çəkmişdilər.


"EMTV.az" xəbər verir ki, Azərbaycan hakimiyyətində bir biri ilə quda olan başqa hansı yüksəkçinli məmurların varlığını araşdırıb. Məlum olub ki:

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı ilə ailə qurub. Bundan əvvəl isə Ziya Məmmədov sabiq baş hərbi komissar, Salyan rayonunun keçmiş icra başçısı, hazırki deputat Əliağa Hüseynovla qohum olub. Məlumata görə, Ziya müəllimin qızı Nigar xanım Əliağa müəllimin oğlu ilə ailə qurub.

Baş prokurorun birinci müavini Rüstəm Usubovla müdafiə sənayesi naziri Yavər Camalovu da qudaqlıq münasibətləri bağlayır. Rüstəm Usubovun qızı Yavər Camalovun oğlu ilə ailə qurub.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Həmkarlar Ittifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyevlə qudadır.

Milli Məclisin sədri Oqtay Əsədovun qudası isə Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevdir.

Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmovun qızı Günel Rüstəmova ilə"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə evlidirlər.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qudadır. Kərəm Həsənovun oğlu, Elmar Vəliyevin qızı ilə ailə həyatı qurub.

Bundan əvvəl isə Elmar Vəliyev oğlnlarından birinə Baş Prokurorluqda idarə rəisi olan Əzizağa Həsənovun qızını alıb.

Qeyd edək, Azərbaycan məmurları arasında qudalıq münasibətləri heç də həmişə davamlı olmayıb. Belə ki:

Prezident Admisntrasiyasının şöbə müdiri Məhərrəm Əliyev hələ Bakı şəhər Baş Polis İdarəsinin rəisi olarkən həmin vaxt səhiyyə naziri postu tutan, indi isə həbsdə yatan Əli İnsanov quda olsalar da, sonradan övladları yola gedə bilməyib və yollarını ayırıblar.

Sabiq rabitə və yüksək texnologiyaalr naziri Əli Abbasovun Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qudalığı da uzun sürməyib. Belə ki, Abutalıbovun oğlıunun başqa bir xanıma qoşulub, xarici ölkəyə qaçmasından sonra Əli Abbasovun qızı ondan boşanmağa qərar verib. Nazir qızı ilə icra başçısının oğlu arasında övlad üstündə məhkəmə şəkişməsi də yaşanıb. Sonradan tərəflərin bu məsələdə barışıb anlaşdığı deyilir.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Oxunub: 5696
XƏBƏR LENTİ

Reklam
Məzənnə