21 okt 10:03Oxunub: 317 |

AFFA-dan 5 kluba cəza

AFFA-dan 5 kluba cəza
Oktyabrın 20-də AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
"EMTV.az" xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının 8-ci turu və Azərbaycan kubokunun 1/16 final mərhələsinin qarşılaşmalarında baş verən hallar gündəmə çıxarılıb. Komitə bu yarışlarda 5 klubun cəzalandırılması ilə bağlı qərar qəbul edib.
“Rəvan” – “Kəpəz” matçında ev sahibi komandanın ikinci dəfə sarı vərəqə alaraq meydandan qovulan üç futbolçusuna - Orxan Lalayevə, Kənan Manafova və Novruz Məmmədova bir oyunluq cəza verilib. Paytaxt təmsilçisi bu oyunçuların hər biri üçün iki yüz manat cərimə ödəyəcək. Gəncə təmsilçisinin isə dörd futbolçusu sarı vərəqə aldığı üçün klub min manat cərimələnib.
“Neftçi” ilə səfər oyununda 5 futbolçusu sarı vərəqə ilə cəzalandırılan “Qəbələ” klubuna 100 manat məbləğində cərimə tətbiq edilib.
Kubok yarışlarının 1/16 final mərhələsinin MOİK – “Turan Tovuz” matçında hər iki komanda cəzalandırılıb. Meydan sahiblərinin dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 100 manat cərimə ödəyəcək. “Turan”nın futbolçusu Qüvvət Əmrahov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəza alıb və komandasını 20 manat “xərcə salıb”.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Faiq ƏHMƏDOV:
Faiq ƏHMƏDOV: "Esmamedia TV"-i İnternet kanalının yeni studiyasının açılmasında əsas məqsədimiz maddi çətinliklər səbəbilə hələ də cəmiyyətimizə təqdim olunmamış sənət adamlarının, şair və yazarların işlərinə dəstək olmaqdır-FOTOLAR-VİDEO
Oxunub: 539
XƏBƏR LENTİ

Reklam
Məzənnə