19 okt 14:49Oxunub: 1029 |

VERGİLƏR NAZİRİ BEYLƏQANDA

VERGİLƏR NAZİRİ BEYLƏQANDA
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, oktyabrın 23-də vergilər naziri Fazil Məmmədov Beyləqan şəhərində yerləşən 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: SMD-42 qəsəbəsi) Beyləqan, Ağcabədi, İmişli, Füzuli və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

"EMTV.az" xəbər verir ki, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlər ilə bağlı müraciətlərə baxılacaq.

Adları yuxarıda qeyd edilən rayonlardan olan, qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 8 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Qarayev Mahir Qaraxan oğlu, əlaqə telefonu: (021) 225-22-52, mobil (050) 330-77-55), (055) 511-73-50), İmişli şəhəri vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Sarıyev Malik Qardaşəli oğlu, əlaqə telefonu: (021) 246-62-27, mobil (050) 788-49-49) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Azərbaycanın Dövlət Müstəqilliyi Günündə QHT Rəhbərləri Bir Araya Gəliblər - VİDEO - FOTOLAR
Azərbaycanın Dövlət Müstəqilliyi Günündə QHT Rəhbərləri Bir Araya Gəliblər - VİDEO - FOTOLAR
Oxunub: 815
XƏBƏR LENTİ

Reklam
Məzənnə