15 okt 14:03Oxunub: 2545 |

Abşeron Rayon Məhkəməsinin Sədri Əşir Səmədov Hələ də Susur

Abşeron Rayon Məhkəməsinin Sədri Əşir Səmədov Hələ də SusurAbşeron Rayon Məhkəməsinin Sədri Əşir Səmədov Hələ də Susur
Hörmətli “EMTV.az”-ın izləyiciləri, biz sizlərə 13.10.2015-ci il tarixində Abşeron Rayon Məhkəməsinin sədri Əşir Səmədov haqqında "Abşeron Məhkəməsinin Sədri Əşir Səmədovun Rüşvət Qalmaqalı Üzə Çıxdı" başlıqlı yazı vermişdik.
Həmin yazını olduğu kimi bir daha nəzərinizə çatdırırıq:
Almaniyada bir neçə gün əvvəl İnterpol tərəfindən saxlanılan Təfəkkür Universitetinin filial rektoru Riyad Əliyev sərbəst buraxılandan sonra yüksək vəzifəli şəxslər barəsində ifşaedici məlumatlar və videolar yayır. Beləki, "EMTV.az"-a daxil olan məlumatda deyilir ki, barəsində cinayət işi olduğundan ölkədən kənara çıxmasına qoyulmuş qadağanın götürülməsini və Avropaya qaçmaq üçün sərhəddən keçməyinə qoyulmuş məhdudiyyətin aradan götürülməsinə görə Riyad Əliyev Abşeron Məhkəməsinin sədri Əşir Səmədova 60 min dollar verib. Bunu Abşeron Məhkəməsi sədrinin köməkliyi ilə edib. Şərti cəzası olan Riyad Əliyev Əşir Səmədova 60 min dollar verib və saxta xəstəlik arayışı ilə istədiyi qərarı barəsində çıxartdırmağa nail olub.
Hətta saxta xəstəlik arayışı almaq üçün Abşeron Rayon Məhkəməsinin İcra Şöbəsinin İcra məmuru Cavad Həsənova 5 min manat rüşvət də verib. Həmin məmur da ''Medcus'' klinikasından xəstəlik sənədləri düzəldib.

Məsələ ilə bağlı Əşir Səmədovun mövqeyini öyrənmək cəhdlərimiz isə baş tutumadı. Cənab Əşir Səmədov yəqin ki, tutduğu işdən peşman olduğu üçün hələ də susmağa üstünlük verir.
Amma cənab Əşir Səmədov bir hüquqşünas kimi dərk etməlidir ki, belə yerdə artıq susmaq qızıl deyil.
Ən azından bu cür rüşvət qalmaqalları ilə bağlı gözü çıxan "qardaşlarının" aqibətinin sonluğunun necə qurtardığını yəqin ki, bilir.
Sonda onuda qeyd edək ki, Riyad Əliyev bir neçə gün əvvəl Təfəkkür Universitetinin rektorunun barəsində rüşvət qalmaqalı ilə bağlı video yaymlamışdır.

P.S. Hörmətli izləyicilərimiz nəzərinizə çatdırırıq ki, ABU-nun sabiq rektoru Elşad Abdullayev tərəfindən də vaxtı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Babayev Ağababa Fərman oğlu haqında da bu cür ifşa edici video görüntüsü yayımlanmışdı.
P.S.S. Mövzuya yenidən qayıdacağıq.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1374
XƏBƏR LENTİ

Reklam
Məzənnə