09 okt 14:24Oxunub: 685 |

MƏKTƏB DİREKTORU ŞAGİRDİN HİCABINI BAŞINDAN ÇIXARDI

MƏKTƏB DİREKTORU ŞAGİRDİN HİCABINI BAŞINDAN ÇIXARDI
“EMTV.az” xəbər verir ki, Bakının Suraxanı rayonu ərazisində yerləşən 104 saylı məktəbdə oxuyan Xədicə Hacıyevanın məktəbə hicabla daxil olmasına qadağa qoyulub. Hətta məktəbin dərs hissə müdiri şagirdə qarşı kobudluq edərək onun hicabını başından çıxarıb.

Məktəbin direktoru Kərəm Mehdiyev qadağanı Təhsil Nazirliyinin rəsmisi Əhliyyət Adıgözəlovun göstərişi əsasında icra etdiyini bildirib. Nazirlikdən bildirilib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin 1.8-ci bəndinə görə, ümumtəhsil məktəblərində təhsilalanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur".

Həmçinin bildirilib ki, şagirdlərin vahid məktəbli formasından fərqli geyimdə məktəbdə təhsil alması mövcud qanunvericilikdə nəzərdə tutulmayıb.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 946
XƏBƏR LENTİ

Reklam
Məzənnə