01 okt 12:37Oxunub: 604 |

Naxçıvan MR-in ərazisinə dəyişiklik edildi

Naxçıvan MR-in ərazisinə dəyişiklik edildi
Milli Məclisin bu gün keçirilən plenar iclasında Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

"EMTV.az" trend-ə istinadən bildirir ki, qanun layihəsində Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsinin və onun tərkibindəki Qoşadizə kəndinin ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrindən çıxarılması nəzərdə tutulur.

Bundan əlavə, qanuna əsasən ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyesterindən çıxarılan Qoşadizə kəndinin 658 ha ərazisi bu qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinin inzibati ərazisinə birləşdiriləcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1231
XƏBƏR LENTİ

Reklam
Məzənnə