SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

BU GÜN MOSKVADA PUTİN VƏ ƏRDOĞAN GÖRÜŞƏCƏK

23-09-2015, 10:56 | Oxunub: 1291 |

BU GÜN MOSKVADA PUTİN VƏ ƏRDOĞAN GÖRÜŞƏCƏK

Rusiya prezidenti Vladimir Putin Moskva Cümə məscidinin açılış mərasimində iştirak etmək üçün bu gün Rusiya paytaxtına səfər edəcək Rəcəb Tayyib Ərdoğanla danışıqlar keçirəcək.


EMTV.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

Moskva Cümə məscidinin yeni kompleksinin açılış mərasimi bu günə, Qurban bayramının ərəfəsinə planlaşdırılıb.

Bundan əvvəl Putin və Ərdoğan arasında görüş iyunun 13-də Bakıda Birinci Avropa Oyunlarının açılış mərasimində baş tutub. Görüş qapalı şəraitdə keçirilib. Prezidentlər iri enerji layihələri, Ukraynadakı vəziyyət, mal dövriyyəsinin həcmini 100 mlrd dollara çatdırılması və digər məsələləri müzakirə edib. Bakı görüşündən sonra Putin və Ərdoğan arasında görüş olmayıb, danışıqlar telefonla aparılıb.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR