19 sen 14:46Oxunub: 565 |

Kreml iki səbəbə görə Qarabağı qaytarır

Kreml iki səbəbə görə Qarabağı qaytarır
“İki əhəmiyyətli məsələ Rusiyanın Qarabağ münaqişəsini həll etməyə sövq edir. Birincisi, Azərbaycan və Ermənistan arasında yeni müharibənin başlamasına imkan verməməkdir. Çünki xarici təhrikçilər Rusiya sərhədləri yaxınlığında “qaynar nöqtə”nin olmasına çalışa bilərlər. İkincisi isə, Avropa Birliyi və ABŞ-ın Cənubi Qafqazda təsir güclərini artırmasının qarşısını almaqdır. Hazırda Qərb Moldova və Ukraynada Rusiyanın təsirini daraldır, növbə Qafqaza çatacaq”.


"EMTV.az" Publika.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı ekspert Vitali Arkov deyib.


Onun sözlərinə görə, Rusiya bütün vasitələrlə Cənubi Qafqazı təsir zonasında saxlayacaq: “Buna görə də əgər münaqişə tərəfləri razılığa gələ bilmirsə, məhz Rusiya ilk addımı atmalıdır. Fikrimcə, Rusiya ekstremal hallarda Türkiyə və İranla birləşərək münaqişəni həll edə bilər. Çünki bu iki dövlət də regionun nüfuzlu qonşularıdır”.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1371
XƏBƏR LENTİ

Reklam
Məzənnə