18 sen 17:23Oxunub: 376 |

İrandan Suriyaya dəstək

İrandan Suriyaya dəstək
Suriyanın İrandakı səfiri Adnan Mahmud dünən Tehranda İslami Şura Məclisi başçısı Əli Laricani ilə görüşüb.

"EMTV.az" xəbər verir ki, bu görüşdə Suriya xalqı və səlahiyyətlilərinin təkfirçilər qarşısında sərgilədikləri müqavimətə işarə edən Əli Laricani İran İslam Respublikasının Suriya xalqına dəstəyinin davam edəcəyini, bunu dini və əxlaqi bir vəzifə olaraq gördüklərini ifadə edib.

Laricani öz daxili problemlərinə və də terrorçulara qalib gəlməsi üçün Suriyada bir strateji siyasi düşüncə ortaya qoyaraq bu ölkəyə fürsət tanımaq lazım olduğunu çıxışına əlavə edib.

Suriya səfiri Adnan Mahmud da bu görüşdə, ölkəsində yaşanan ən son hadisələr barəsində məlumat verərək, terroristlərə qarşı müqaviməti davam edəcəklərini söyləyib.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1371
XƏBƏR LENTİ

Reklam
Məzənnə