16 in 09:52Oxunub: 612 |

Prezident Ərdoğanla görüşdü

Prezident Ərdoğanla görüşdü
İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının rəsmi
açılış mərasimində iştirak etmək üçün ölkəmizə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğanla görüşüb. “ EMTV.az” xəbər verir ki, dövlət başçısı İlham Əliyev Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanı hakim Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi
münasibətilə şəxsən təbrik edib. Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan
dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurla
inkişaf etdiyi vurğulanıb. Əlaqələrimizin bundan sonra da bütün sahələrdə daha da genişlənəcəyinə
əminlik ifadə olunub. Söhbət zamanı Bakı-2015 birinci Avropa Oyunlarının əhəmiyyəti vurğulandı.
Prezident İlham Əliyev Türkiyə idmançılarına uğurlar arzuladı. Bu tədbirin ölkələr və xalqlar arasında
əməkdaşlığın genişlənməsi işinə töhfə verdiyi qeyd edilib. Dövlət başçıları ikitərəfli münasibətlər və
qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1377
XƏBƏR LENTİ

Reklam
Məzənnə