SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

UZUNÖMÜRLÜLƏR DİYARI LERİKDƏ YERLƏŞƏN MÖHTƏŞƏM "QƏLƏBIN ŞƏLALƏSİ"

15-09-2015, 20:11 | Oxunub: 6431 |

Talış dağlarının zirvəsində Azərbaycanın ən səfalı guşələrindən biri olan və uzunömürlülər diyarı kimi məhşur olan Lerik rayonu yerləşir. Heç də təsadüfi deyil ki,Talış dağlarını “Azərbaycanın zümrüd qaşı” adlandırırlar. Burada adama elə gəlir ki, əlini uzatsan göyə toxunmaq olar. Təbiət bu yerlərdən özünün heç bir nemətini əsirgəməmişdir: əzəmətli dağlar, bakirə meşələr, büllur kimi safsulu çaylar və şəlalər, təmiz hava və bərəkətli torpaqlar.
UZUNÖMÜRLÜLƏR  DİYARI  LERİKDƏ YERLƏŞƏN  MÖHTƏŞƏM  "QƏLƏBIN ŞƏLALƏSİ" UZUNÖMÜRLÜLƏR  DİYARI  LERİKDƏ YERLƏŞƏN  MÖHTƏŞƏM  "QƏLƏBIN ŞƏLALƏSİ" UZUNÖMÜRLÜLƏR  DİYARI  LERİKDƏ YERLƏŞƏN  MÖHTƏŞƏM  "QƏLƏBIN ŞƏLALƏSİ"UZUNÖMÜRLÜLƏR  DİYARI  LERİKDƏ YERLƏŞƏN  MÖHTƏŞƏM  "QƏLƏBIN ŞƏLALƏSİ"
Müxtəlif vaxtlarda bu yerlərə səyahət etmiş məşhur səyyahlar bu cənnət məkanı dünyanın ən gözəl, ən səfalı yerləri ilə müqayisə etmişlər. Bir zamanlar dahi fransız yazıçısı və səyyahı Aleksandr Düma Lerik meşələrindən keçərək Hovil kəndinə getmiş, öz əsərlərində bu kənd haqqında yazmış, bu torpağın gözəlliklərini vəsf etmiş, əhalinin qonaqpərvərliyindən, məşğuliyyətindən geniş söz açmışdır.
UZUNÖMÜRLÜLƏR  DİYARI  LERİKDƏ YERLƏŞƏN  MÖHTƏŞƏM  "QƏLƏBIN ŞƏLALƏSİ"UZUNÖMÜRLÜLƏR  DİYARI  LERİKDƏ YERLƏŞƏN  MÖHTƏŞƏM  "QƏLƏBIN ŞƏLALƏSİ"
Lerik həmişə uzunömürlülər diyarı kimi məşhur olmuşdur. Bu rayonun sakini olmuş Şirəli Müslümov uzunömürlülük üzrə dünya rekordu müəyyən etmişdir. O, 163 il (1812-1975) bəzi mənbələrdə 167 il ömür sürmüşdür. Onun digər həmyerlisi Mahmud Eyvazov isə 150 il yaşamışdır (1808-1958). Hazırda bu rayonda yaşı 100 yaşı çoxdan keçmiş, lakin hələ də əmək qabiliyyətini saxlamış onlarca insan yaşayır.
UZUNÖMÜRLÜLƏR  DİYARI  LERİKDƏ YERLƏŞƏN  MÖHTƏŞƏM  "QƏLƏBIN ŞƏLALƏSİ"UZUNÖMÜRLÜLƏR  DİYARI  LERİKDƏ YERLƏŞƏN  MÖHTƏŞƏM  "QƏLƏBIN ŞƏLALƏSİ"
Lerik rayonunda bir çox mənzərəli və gözəl yerlər var ki, rayonun özündə yaşayan isanların belə məlumatları azdır. Bu gün bəhs edəcəyimiz yer Lerik rayonun Qələbın kəndində, mənbəyini əsrarəngiz Talış dağlarından götürüb böyük bir coşqu ilə axan "Qələbın Şəlaləsi" dir. Beləki təqribən 1000 metr dəniz səviyyəsindən hündürdə yerləşən füsunkar Talış Dağlarından ilham alan bu Şəlalənin hündürlüyü təqribən 65-70 metrdir. Bu gözəlliklər barəsində yazıb sizi çox intizarda saxlamaq istəmirik, həvəskar kameradan çəkilən "Qələbın Şəlaləsi"nin görüntüsünü sizlərə təqdim edirik:
UZUNÖMÜRLÜLƏR  DİYARI  LERİKDƏ YERLƏŞƏN  MÖHTƏŞƏM  "QƏLƏBIN ŞƏLALƏSİ"UZUNÖMÜRLÜLƏR  DİYARI  LERİKDƏ YERLƏŞƏN  MÖHTƏŞƏM  "QƏLƏBIN ŞƏLALƏSİ"



Habil Mirnağıoğlu

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR