12 in 20:16Oxunub: 533 |

Ölkə əhalisinin sayı 10 milyona çatır

Ölkə əhalisinin sayı 10 milyona çatır
"EMTV.az" xəbər verir ki ,Azərbaycan əhalisinin sayında artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin açıqlamasına görə əhalinin sayı ilin əvvəlindən 34,9 min nəfər və ya 0,4% artaraq bu il may ayının 1-i vəziyyətinə 9 milyon 627,9 min nəfərə çatıb.


Komitənin yaydığı məlumatda o da bildirilir ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür.

Ümumi əhalinin 53,1%-i şəhər, 46,9%-i isə kənd sakinləridir. Bu ilin yanvar-aprel ayları ərzində ölkədə 53,5 min körpə doğulub. Doğulanların 53,6%-i oğlan, 46,4%-i qızlardır.

Bu ilin 4 ayı ərzində ölkədə 19,1 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi 6,5-dən 6,1-ə qədər azalıb.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Azərbaycanın Dövlət Müstəqilliyi Günündə QHT Rəhbərləri Bir Araya Gəliblər - VİDEO - FOTOLAR
Azərbaycanın Dövlət Müstəqilliyi Günündə QHT Rəhbərləri Bir Araya Gəliblər - VİDEO - FOTOLAR
Oxunub: 815
XƏBƏR LENTİ

Reklam
Məzənnə