14 sen 13:23Oxunub: 1890 |

Dünyanın ən gözəl qızı

Dünyanın ən gözəl qızı
“Rəqabət yetərincə ciddi idi”.

Yer kürəsinin ən gözəl qızı 18 yaşlı gürcü qız Tinatin Babluani oldu. “Miss Planet 2015” beynəlxalq gözəllik müsabiqəsinin finalı Tbilisidə keçirilirdi. Ağ qızıldan hazılrnamış tac uğrunda İsveçrə, Ukrayan, Bolqarıstan və Portuqaliyadan olan 35 iştirakçı mübarizə aparırdı.

"EMTV.az" “mir24.tv”yə istinadən xəbər verir, amma münsiflər heyətinin fikrincə, yüksək ada Gürcüstan sakini layiq görülüb.

18 yaşlı Tinatin Babluaninin bu birinci tacı deyil. O, uşaqlıqdan qələbənin nə olduğunu bilir. Vaxtilə Gürcüstanın miss-tineyceri və Avropanın vitse-miss adını qazanıb. Qız bu dəfəki qələbəsinə əmin idi.

“Bu qələbəyə uzun yol gəlmişəm. Çox məşq etmişdim. Rəqabət yetərincə ciddi idi. Amma qəlbimin dərinliyində qələbəyə inanırdım. Və bu gün söz verdiyim kimi ölkəmi tanıtdım. Mən çox xoşbəxtəm”, - “Miss planet-2015” titulunun sahibi 18 yaşlı Tinatin Babluani bildirib.

Həlledici mərhələdə Tinatin ilə bərabər isveçli Frida Fornander də mübarizə aparırdı. O, “Miss İsveç-2014” müsabiqəsinin qalibidir. Üçüncü vitse-miss titulu 23 yaşlı Saratov sakini Natalya Şaronovaya nəsib olub.

Qeyd etmək lazımdır ki, bu miqyasda gözəllik müsabiqəsi Gürcüstanda daha öncə heç vaxt keçirilməyib. Təşkilatçılar burada gələn il “Kiçik miss planet” müsabiqəsini keçirməyi planladıqlarını bildiriblər.

Dünyanın ən gözəl qızı Dünyanın ən gözəl qızı
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1231
XƏBƏR LENTİ

Reklam
Məzənnə