SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Məşhur aktyorun həyat yoldaşı vəfat edib

12-06-2015, 19:26 | Oxunub: 2271 |

Məşhur aktyorun həyat yoldaşı vəfat edib
"EMTV.az" xəbər verir ki, Azərbaycanın tanınmış aktyoru, məşhur “Fəryad” filminin rejissoru mərhum Ceyhun Mirzəyevin həyat yoldaşı Lidiya Mirzəyeva dünən dünyasını dəyişib.

Bu barədə kinoşünas Aydın Dadaşov məlumat verib. O bildirib ki, Lida xanımın hüzr mərasimi bu gün saat 12-də Hüseyn Cavid parkının yaxınlığındakı məhəllədə keçiriləcək.

Lidiya Mirzəyeva əvəllər ədliyyə sistemində işləyib, baş ədliyyə müşaviri olub.
Ceyhun və Lidiya Mirzəyevlər 1973-cü ildə ailə qurublar və Cəmilə adlı bir qızları dünyaya gəlib.
“Fəryad” filmi Ceyhun Mirzəyevin həm rejissor, həm də aktyor kimi son ekran işi olub. O, 1993-cü il martın 5-də (47 yaşının tamamına 1 ay qalmış) vəfat edib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR