12 in 19:19Oxunub: 352 |

Pakistan mətbuatı Azərbaycan xalqının Milli Qurtuluş Günündən yazıb

 Pakistan mətbuatı Azərbaycan xalqının Milli Qurtuluş Günündən yazıb
"EMTV.az" xəbər verir ki , Pakistanın ingilisdilli “Cenreline” jurnalında və “Diplomatic News Agency” informasiya agentliyində tanınmış jurnalist Vahid Hüseynin “Azərbaycan Qurtuluş Gününü qeyd edir” adlı məqaləsi yayılıb.
“1993-cü il iyunun 15-i Azərbaycanın Milli Qurtuluş Günüdür və bu gün müstəqil Azərbaycanın tarixində dönüş nöqtəsi olub” sözləri ilə başlayan yazıda müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycanın böyük çətinliklərlə və vətəndaş qarşıdurması ilə üzləşdiyi qeyd olunur. Bildirilir ki, bu çətin vaxtlarda Azərbaycan xalqı öz ümidini yalnız ümummilli lider Heydər Əliyevə bağladı və xalqın təkidli tələbi ilə o, Bakıya gəldi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü il iyunun 15-dən başlayaraq ölkəyə rəhbərlik edib və Milli Qurtuluş Gününün qeyd edilməsi də bu tarixlə bağlıdır.
Məqalədə ulu öndər Heydər Əliyevin demokratik və dünyəvi dövlət quruculuğu kursu seçdiyi qeyd olunur. Bildirilir ki, bu böyük siyasətçi ölkədə köklü iqtisadi və siyasi islahatlar aparıb, neft strategiyasını müəyyənləşdirib. Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan həyatın bütün sahələrində böyük nailiyyətlər əldə edib, dünya ölkələri sırasında özünəməxsus yer tutub.

Jurnalist azərbaycanlıların Heydər Əliyevin xatirəsini daim əziz tutduqlarını xüsusi vurğulayır.
Yazıda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti haqqında da ətraflı məlumat verilir. Bildirilir ki, məhz Pakistan xalqı qarşısındakı xidmətlərinə görə Mehriban Əliyeva Prezident Məmnun Hüseyn tərəfindən ölkənin ali ordeni - “Hilal-e-Pakistan” ilə təltif edilib.
Məqalədə ulu öndər Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin qurucusu olduğu bildirilir. Qeyd edilir ki, 1996–cı ildə onun Pakistana səfəri zamanı imzalanan sənədlər, keçirilmiş görüşlər ikitərəfli əlaqələrin əsasını qoyub, münasibətlərin inkişafı üçün yeni imkanlar açıb.
Məqalə bu fikirlərlə bitir: “Azərbaycan 1993-cü il iyunun 15-də başlanan yolla inamla gedir. 15 iyun daim xalqın gücünə arxalanan, ona dayaq olan şəxsin – Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycanın mübarizlik və qurtuluş rəmzi kimi xalqın xatirəsində əbədi yaşayacaq”.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Oxunub: 5697
XƏBƏR LENTİ

Reklam
Məzənnə