SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Ermənistan Azərbaycanın Rusiyadan silah almasını bəyənmir

11-09-2015, 16:02 | Oxunub: 811 |

Ermənistan Azərbaycanın Rusiyadan silah almasını bəyənmir
“Bu, biznes, ticarət məsələləridir”.

Əlbəttə, Ermənistan Azərbaycanın Rusiyadan silah alması faktını bəyənmir, lakin yəqin ki, bu, biznes, ticarət məsələləridir.

"EMTV.az" xəbər verir ki, bu barədə BBC-yə müsahibəsində Rusiyanın həm Ermənistan, həm də Azərbaycana silah satmasına münasibətini açıqlayan erməni XİN rəhbəri Edvard Nalbandyan bildirib.

“Biz Rusiya ilə hərbi sahədə əməkdaşlıq edir və müvafiq olaraq, Rusiyadan silah alırıq. Burada yeni heç bir şey yoxdur. Rusiyanın Azərbaycana və digər ölkələrə silah satması isə, yəqin ki, təbii bir haldır, çünki Rusiya silah istehsalçısıdır. Əlbəttə, Rusiya silah bazarında aktiv iştirak edir”, - deyə, Edvard Nalbandyan bildirib.

Ermənistanın xarici siyasət idarəsinin rəhbəri həmçinin vurğulayıb ki, Rusiya ilə münasibətlər tam müttəfiq münasibətləridir.

“Münasibətləri müttəfiq münasibətlərini adlandırmağın özü də çox böyük məna verir”, - deyə, nazir bildirib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR