SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

MƏN DEPUTATLIĞA ÖZ NAMİZƏDLİYİMİ GERİ GÖTÜRDÜM-Faiq ƏHMƏDOV

6-02-2020, 18:30 | Oxunub: 3 780 |



“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri, 45 saylı
Abşeron Seçki Dairəsindən Milli Məclisə deputatlığa
namizədliyi qeydə alınmışƏhmədov Faiq Mehman oğlunun müraciəti


Çox hörmətli izləyicilərim, seçki kampaniyasında mənə yaxından və uzaqdan dəstək olan dəyərli dostlarım!

Sizə bildirirəm ki, bu gün mən Mərkəzi Seçki Komissiyasının sədri cənab Məzahir Pənahova və 45-saylı Abşeron seçki dairəsinin sədri Dilşad xanım Abbasovaya rəsmi müraciət edərək öz namizədliyimi geri götürdüm.

Əziz və dəyərli dostlarım!

Mənim üçün bu addımı atmaq nə qədər çətin olsa da, qısa olaraq sizlərə namizədliyimi geri götürməyimin səbəbini açıqlayacağam. Lakin əvvəlcədən bunu qeyd etmək istəyirəm ki, mən “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri və 45 saylı Abşeron seçki dairəsindən deputatlığa namizəd Əhmədov Faiq Mehman oğlu öz komandamla birlikdə təbliğat-təşviqat kampaniyamın gedişində ən azından 1000-ə yaxın ailənin evində olduq və bir çox ailələrə də əlimizdən gələn maddi-mənəvi köməyimizi də əsirgəmədik.

Deməliyəm ki, görüşlərim zamanı ən çox məni sarsıdan Xırdalan şəhərində, Quşçuluq deyilən qəsəbədə və Məhəmmədi qəsəbəsində 3 imkansız ailədə olan 30-55 yaşlar arasında xəstə vətəndaşlar oldu. Onlara da sağalıb ayağa qalxmaları üçün əlimizdən gələn maddi və mənəvi dəstəyimizi əsirgəməyəcəyimizə dair söz verdim. Hazırda həmin xəstələrdən ikisinin müalicəsi həkimlərimiz tərəfindən davam etdirilir.

Eyni zamanda da mən, Faiq Əhmədov xüsusilə qeyd etmək istəyirəm ki, bu günə kimi "Azərbaycanın Səsi" İctimai Birliyinin sədri olaraq, 1000-dən çox yoxsul, az təminatlı və işləmək qabliyyəti olmayan ailələrə ərzaq yardımları və bayram sovqatları vermişik. Deputat seçkilərində sonacan iştirak etməməyimə baxmayaraq, bu yardımları və bayram sovqatlarını yenə də əvvəlki kimi vətəndaşlarımıza təqdim edəcəyik.

Namizədliyimi geri götürməyimə gəldikdə isə, hesab edirəm ki, buna görə məni qınamayacaqsınız və yenə də əvvəlki kimi mənəvi dəstəyinizi əsirgəməyəcəksiniz. Çünki mən sizlərə çox inanıram və hər birinizə hörmətim sonsuzdur.

Bu addımı atmağımın səbəbi isə ondan ibarətdir ki, mən apardığım təbliğat-təşviqat kampaniyası zamanı bir daha canlı şahidi oldum ki, bu gün həqiqətən də təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının xalqımız arasında hörməti və nüfuzu çox böyükdür və bu partiyanın namizədləri də vətəndaşlar tərəfindən birmənalı şəkildə dəstəklənir. Mən də öz çıxışlarımda bütün seçicilərimə hər zaman cənab prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməyi tövsiyyə etmiş, bu məzmunda çağırışlar etmişəm.

Bu səbəbdən biz də "Azərbaycanın Səsi" İctimai Birliyinin İdarə Heyəti ilə belə qərar qəbul elədik ki, namizədliyimi geri götürüm. Çünki Ulu Öndərimiz Heydər Əliyevə və onun siyasi xəttinin davamçısı cənab prezidentimizə olan sevgi hesab edirəm ki, birbaşa Yeni Azərbaycan Partiyasına olan sevgidir.

Ümummilli Liderimiz də hər zaman çıxışlarında deyirdi ki, Yeni Azərbaycan Partiyası mənim şah əsərimdir. Mən də bir ictimai xadim kimi hesab edirəm ki, hər bir Azərbaycanlı Ümummilli Liderimiz Heydər Əliyevin şah əsərinin qorunub saxlanması üçün onə ən azından öz mənəvi dəstəyini əsirgəməməlidir.

Mən yuxarıda yazdıqlarımı nəzərə alaraq, öz namizədliyimi geri götürdüm. Eyni zamanda, 45-saylı seçki darəsindən deputatlığa namizəd olan hər bir həmkarıma uğurlar arzulayıram və inanıram ki, həqiqətən də xalqın etimadını qazanan seçilib qalib olacaq.

Əziz həmkarlarım, bir daha sizə uğurlar arzulayıram!

Hörmətlə: Əhmədov Faiq Mehman oğlu.
"Azərbaycanın Səsi" İctimai Birliyinin sədri,
45 saylı Abşeron seçki dairəsindən deputatlığa namizəd



OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR