SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Lukaşenkonun keçmiş köməkçisinə 12 il həbs verilib

5-07-2019, 23:31 | Oxunub: 2 436 |

Lukaşenkonun keçmiş köməkçisinə 12 il həbs verilib

Belarus Prezidenti Aleksandr Lukaşenkonun keçmiş köməkçisi Sergey Rovneyko iri məbləğdə rüşvət almaqda təqsirli bilinərək 12 il azadlıqdan məhrum edilib.

Emtv.az xəbər verir ki, bu barədə məlumatı yerli mətbuata Belarus Ali Məhkəməsinin saytı yayıb.

Bildirilib ki, məhkəmənin qərarına əsasən, keçmiş köməkçinin əmlakı müsadirə ediləcək. Bu iş üzrə məhkəmə prosesi qapalı rejimdə keçirilib. Hökm qüvvəyə minib.

Aleksandr Lukaşenkonun keçmiş köməkçisi cari ilin mayında 200 min dollar məbləğində rüşvət almaqda şübhəli bilinərək tutulub.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR