SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

VİLAYƏT EYVAZOVA BİRİNCİ MÜAVİN TƏYİN OLUNDU – Sərəncam

5-07-2019, 21:55 | Oxunub: 1 743 |

VİLAYƏT EYVAZOVA BİRİNCİ MÜAVİN TƏYİN OLUNDU – Sərəncam

Prezident İlham Əliyev yeni təyin etdiyi Daxili işlər nazirinin birinci müavininin kim olacağı ilə bağlı intizarlara bu gün son qoyub.

Emtv.az strateq.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən əldə etdiyi məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Seyfulla Əzimov Daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, 1970-ci il təvəllüdlü Seyfulla Əzimov da Azərbaycan Polis Akademiyasının yetirməsidir. Əvvəllər Nəsimi Rayon 22-ci Polis Bölməsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləyib.

2014-cü ilin noyabrın 4-dən isə, o, DİN-in ən mühüm baş idarələrindən birinin – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsini tuturdu.

Sevinc əlimova,
Emtv.az.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR