SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

GENERAL ƏHMƏDOV BAKIDADIR – Sabiq DİN nazirinə yüksək vəzifə veriləcəyi gözlənilir

5-07-2019, 21:51 | Oxunub: 1 785 |

GENERAL ƏHMƏDOV BAKIDADIR – Sabiq DİN nazirinə yüksək vəzifə veriləcəyi gözlənilir

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov Bakıdadır və ona DİN sistemində yüksək vəzifə veriləcəyi gözlənilir.

Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuata bir neçə mənbədən məlumat daxil olub.

Xatırladaq ki, Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 2017-ci il 28 iyul tarixli sərəncamı ilə daxili işlər naziri vəzifəsindən azad edilmişdi. 50 yaşlı Əhmədovun “vurulmasının” səbəbləri haqda müxtəlif iddialar irəli sürülmüşdü. Onun Naxçıvanı tərk etməsinə də qeyri-rəsmi qadağanın qoyulduğu bildirilirdi.

Ə.Əhmədovun yenidən DİN sistemində yüksək vəzifəyə təyin olunacağı gözləntiləri onun bəraət almasından xəbər verə bilər.

Rasim ƏLİYEV

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR