SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Xalq artisti bir gün üçün qonorar məbləğini AÇIQLADI

5-07-2019, 15:16 | Oxunub: 1 155 |



Akademik Milli Dram Teatrının tanınmış aktyoru, xalq artisti Əjdər Həmidov bir günlük çəkiliş üçün qonorar məbləğini açıqlayıb.

Emtv.az xəbər verir ki, sənətkar ölkə.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, onu çəkiliş meydançasında görmək istəyən rejissor bir çəkiliş günü üçün minimum iki yüz manat qonorar ödəməlidir:

"Bizə cürbəcür təkliflər olur. Amma əksər rejissorlar peşəkar aktyorlara qiymətə görə müraciət etmir. Ya o məbləği verə bilmirlər, ya da vermək istəmirlər. Təxminən əlli manat təklif edirlər. Amma biz elə şeylərə getmirik. Kim gedirsə, ona bir söz deyə bilmərəm. Bəlkə də ehtiyacı var, əli manat da onun üçün puldur. Amma xalq artistlərinin qiyməti tamam başqadır. Minimum iki yüz manat ödənilməlidir ki, bir gün çəkilək. Xalq artistlərinin də qiyməti müxtəlifdir. Eləsi var iki yüzə, eləsi var üç yüzə, hətta beş yüzə çəkilənlər var".

Xalq artisti bildirib ki, sənətkarlar aşağı qonorarla çəkilməyə razılıq vermədiyindən rejissorlar təhsilsiz və qeyri-peşəkar aktyorlara üstünlük verirlər.

Mərhəmət Lələyev,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR