SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

İran prezidenti Ruhani Paşinyanın müavini ilə Qarabağdan danışdı: Tehran-İrəvan dostluğu...

4-07-2019, 20:48 | Oxunub: 2 079 |

İran prezidenti Ruhani Paşinyanın müavini ilə Qarabağdan danışdı: Tehran-İrəvan dostluğu...

Bu günlərdə yerli mətbuat Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın İranda bir sıra rəsmi görüşlər keçirdiyini və İran-Ermənistan əməkdaşlığı, iki dost ölkə arasında iqtisadi-siyasi əlaqələrin perspektivlərinin müzakirə olunduğunu oxucuların nəzərinə çatdırmışdı.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Mqer Qriqoryanı dünən İranın prezidenti Hasan Ruhani də qəbul edib. İqtisadi mövzulardan başqa beynəlxalq və regional hadisələr, regionda baş verən siyasi proseslər də görüşdə müzakirə edilib.

Məlumata görə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü haqqında İran prezidenti daha çox maraqlanıb. Ermənistan rəsmisi Ruhani qarşısında bir növ hesabat verib və erməni mediasının yazdığına görə son vaxtlar hər görüşdən sonra İrana məlumat vermək bir “qanunauyğunluq halına gəlib.

Erməni mediası İranın Dağlıq Qarabağdakı status-kvoda maraqlı olduğunu və İranın Qarabağdakı separatçı rejimlə iqtisadi əlaqələrinin genişləndirildiyini vurğulayıb.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR