SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Böyük Britaniyanın səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

4-07-2019, 19:42 | Oxunub: 2 877 |

Böyük Britaniyanın səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

Böyük Britaniyanın İrandakı səfiri Robert Makera İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuata İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi “Twitter” səhifəsində məlumat verib: “İrana məxsus neft tankerinin Cəbəllütariq boğazında Britaniya Dəniz Qüvvələri tərəfindən qeyri-qanuni saxlanılmasından sonra Böyük Britaniyanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb”.

Qeyd edək ki, bu gün Suriyaya xam neft aparan böyük tanker ABŞ-ın tələbi ilə Cəbəllütariq hökuməti tərəfindən saxlanılıb. Cəbəllütariqin baş naziri Fabian Pikardo bildirib ki, tanker Avropa İttifaqının Suriyaya tətbiq etdiyi sanksiyaları pozub.

Aynurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR