SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“AŞPA Azərbaycanda gedən demokratik prosesləri diqqətlə izləyir” – Stefan Şennak

4-07-2019, 19:17 | Oxunub: 16 821 |

“AŞPA Azərbaycanda gedən demokratik prosesləri diqqətlə izləyir” – Stefan Şennak

Bu gün Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakla görüşüblər.

Emtv.az xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev iştirak ediblər.

YAP icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qonaqları salamlayaraq bu cür görüşlərin fikir mübadiləsi aparılması baxımından əhəmiyyətli olduğunu söyləyib.

Qeyd edilib ki, Azərbaycan AŞPA ilə əlaqələrə böyük önəm verir və gələcəkdə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Deputatlarımız təşkilatın keçirdiyi müxtəlif tədbirlərdə fəal iştirak edir, qurum çərçivəsində müzakirəyə çıxarılan məsələlərə obyektiv münasibət bildirirlər.

Görüşdə siyasi partiyaların rəhbərləri ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətləri barədə məlumat verdilər, qanun yaradıcılığı prosesində aktiv iştirak etdiklərini söyləyiblər.

Deputatlar Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini açıqlayıblar.

AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə həmmərzəçisi Stefan Şennak səmimi qəbul üçün minnətdarlığını bildirərək, səfər çərçivəsində keçirdiyi görüşlərdən və apardıqları danışıqlardan bəhs edib. Bildirilib ki, AŞPA Azərbaycanda gedən demokratik prosesləri diqqətlə izləyir və ölkəmizlə əməkdaşlığın möhkəmlənməsində maraqlıdır.

Söhbətdə Azərbaycan və Avropa Şurası arasında münasibətlər, monitorinq prosesinin gedişi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə deputat, Yeni Azərbaycan Partiyasının üzvü Rauf Əliyev iştirak edib.apa

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR