SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanın yaylaqlarında səyyar baytarlıq xidməti təşkil olunub

4-07-2019, 17:34 | Oxunub: 2 772 |



Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti yaylaqlarda səyyar baytarlıq xidməti təşkil edib.

Emtv.az xəbər verir ki, lazımi baytarlıq preparatları, vaksinlər, müalicəvi dərman və dezinfeksiya vasitələri ilə təmin olunmuş səyyar baytarlıq xidməti Şahbuz rayonunun Keçəldağ yaylağının Qanlıgöl, Taxca yurd, Qıvraq, Xok, Qarabağlar, Dəmirçi, Əyri qar və Xanlıqlar obalarında olub.

Muxtar respublikanın Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov yaylaqlardakı heyvandarlıq təsərrüfatlarında olub, onlara göstərilən baytarlıq xidmətinin təşkili, eyni zamanda, yaylaqlarda epizootik vəziyyət barədə məlumat alıb. Sahibkarlar baytarlıq xidmətindən razılıq edib, heyvanlar arasında heç bir xəstəlik olmadığını bildiriblər. V.Novruzov yaylaq şəraitində saxlanılan heyvanlarda aparılan profilaktik peyvəndləmə işləri, göstərilən baytarlıq xidməti ilə əlaqədar baytar həkimlərə tövsiyələr verib.

Yaylaqlarda xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı “Rev-1” vaksini ilə peyvəndləmə və heyvanların yataq yerlərində dezinfeksiya tədbirləri həyata keçirilib, maarifləndirmə işləri aparılıb, bukletlər təqdim olunub.

Növbəti xidmət isə Şahbuz rayonunun ərazisində yerləşən Ağbulaq obasında aparılıb.

Aysu Əliyeva,
Emtv.az


OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR