SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Muxtar Respublikasında 323 uzunömürlü ailə var

4-07-2019, 14:44 | Oxunub: 15 351 |



Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl və səmərəli fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 323 uzunömürlü ailə haqqında məlumatlar müvafiq statistik məlumatlar bazasına əlavə edilib. Uzunömürlü ailələrin sayının hər il daha da artması muxtar respublikada ailə dəyərlərimizin yaşadıldığının növbəti nümunəsidir.

Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən iclasda çıxış edən komitənin sədri Ramilə Seyidova bu barədə danışıb.

Ramilə Seyidova qeyd edib ki, ötən 6 ay ərzində aztəminatlı ailənin üzvü və sağlamlıq imkanları məhdud olan 589 qadınla müvafiq söhbətlər aparılıb, 25 qadının peşə kurslarına cəlb olunması üçün məlumatlar müvafiq orqanlara göndərilib. Özünüməşğulluğun təmin edilməsi məqsədilə sosial qayğıya xüsusi ehtiyacı olan şəxslərin əl işlərinin satışına kömək göstərilib, 26 qadının 150 əl işi satılıb. Bu dövr ərzində, ümumilikdə, 7 aztəminatlı ailəyə baş çəkilib. Muxtar respublikanın 6 kənd mərkəzində 347 qadının iştirakı ilə “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. Aprel ayında Naxçıvan Muxtar Respublikasında “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin həyata keçirilməsi ilə bağlı açılış konfransı olub. May ayında isə 289 qadının iştirakı ilə “Maliyyə savadlılığı” üzrə “Gələcəyini planlaşdır” təlimləri keçirilib. Ötən ay “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə çərçivəsində “Öz biznesinə başla və onu inkişaf etdir” təlimlərində 66 qadının iştirakı ilə 4 təlim keçirilib.

“Naxçıvan Biznes Mərkəzində “Naxçıvan qadınlarının sahibkarlıq fəaliyyəti: əzmkarlıqdan nailiyyətə” mövzusunda 145 qadının iştirakı ilə tədbir təşkil olunub”, - deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri onu da bildirib ki, 2019-cu ilin 6 ayı ərzində valideyn himayəsindən məhrum olmuş 9 uşağın uçotu aparılıb. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 26 min 866 uşaq haqqında fərdi məlumatlar daxil edilib. Aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqların muxtar respublikanın istirahət guşələrinə, muzeylərə və tarixi abidələrə ekskursiyası təşkil edilib. Bəhs olunan dövr ərzində komitə tərəfindən təşkil edilən müsabiqələrdə və bayram günlərində bütün kateqoriyadan olan uşaqlara 76 diplom, 325 fəxri fərman, 644 hədiyyə verilib.

Ramilə Seyidova vurğulayıb ki, komitə tərəfindən bundan sonra da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin verdiyi tapşırığa uyğun olaraq nizam-intizam daha da artırılacaq, muxtar respublikanın davamlı inkişafına töhfə vermək üçün qarşıya qoyulan vəzifələr komitənin səlahiyyətləri daxilində layiqincə yerinə yetiriləcək.

İclasda komitənin şöbə müdiri Vüsalə Vəliyeva və aparatın baş məsləhətçisi Zərnigar Orucəliyeva məruzə ətrafında çıxışlar ediblər.

Sonda kollegiya iclasının qərar layihəsi qəbul olunub.

Aynurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR