SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

İŞİD-in AZƏRBAYCANDAKI TƏRƏFDARLARININ İLK VİDEOSU YAYILDI – Biət edir və…

4-07-2019, 13:50 | Oxunub: 2 835 |

İŞİD-in AZƏRBAYCANDAKI TƏRƏFDARLARININ İLK VİDEOSU YAYILDI – Biət edir və…

“İŞİD” Terror qrupunun Azərbaycandakı tərəfdarları ilk təbliğat videolarını yayıblar.

Emtv.az xəbər verir ki, həmin görüntülərdəki şəxslər qrupun liderinə biət andı edirlər.

Videomaterial barədə ilk məlumat “SITE Intellegence Group” saytı tərəfindən verilib.

Videoçarxda üzüniqablı və Kalaşnikov avtomatları ilə silahlanmış 3 şəxs görünür. Onlar İŞİD bayrağı fonunda çıxış edir, “tiranları” hədələyir və “xəlifə” Əbu Bəkr Əl-Bağdadiyə sadiq olacaqlarına and içirlər.

Cənubi Asiyada terrorizm üzrə ekspert Faran Cəfəri özünün Tvitter səhifəsində terrorçuların “Mömünlər üçün ən gözəl çıxış yolu” adlı videoçarx seriyasını yayınladığını xəbər edib.

Burada İŞİD-in müxtəlif ölkələrdən olan tərəfdarları üzlərini kamerya doğruldaraq liderlərinə biət edir və sadiq qalacaqlarını bildirirlər(musavat.com,lenta.ru)

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR