SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Şəmkirdə qardaş qardaşı güllələdi

4-07-2019, 13:09 | Oxunub: 1 449 |



Dünən Şəmkir rayonunun Qarabağlılar kəndi ərazisində bir nəfər odlu silahla açılmış atəşdən xəsarət alıb.

Emtv.az xəbər verir ki, bununla bağlı məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, kəndin əkin sahəsində E.Məmmədov münaqişə zəminində tüfəngdən atəş açaraq qardaşı R.Məmmədovun qol nahiyəsinə xəsarət yetirib.

E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi ondan götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR