SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Zakir Qaralov Bakıya yeni hərbi prokuror təyin etdi

4-07-2019, 13:01 | Oxunub: 1 281 |



Bakıya yeni hərbi prokuror təyin edilib.

Emtv.az xəbər verir ki, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu Bakı hərbi prokuroru vəzifəsinə təyin olunub.

O, bundan əvvəl Hərbi Prokurorluğun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

Məlumatı hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev təsdiq edib.

Xatırladaq ki, bundan əvvəl Bakının hərbi prokuroru ədliyyə polkovniki İmran Əhmədov idi.

Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR