SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

2 nəfərin mobil telefonunu aldı, 8 il cəza çəkəcək

4-07-2019, 04:06 | Oxunub: 2 121 |

2 nəfərin mobil telefonunu aldı, 8 il cəza çəkəcək

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Röyal Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Emtv.az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Səfərov 8 il azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq-silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə təqsirli bilinib.

İttihama görə, bu il fevralın 14-də Sabunçu rayonunda Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Röyal Səfərov Aydınbəyov küçəsində, paytaxt sakini Toğrul Qəhrəmanova bıçaqla hədə-qorxu gələrək ona məxsus mobil telefonunu əlindən alıb və hadisə yerindən uzaqlaşıb.

Araşdırma zamanı 1993-cü il təvəllüdlü R.Səfərovun rayon ərazisində daha bir gənc qıza qarşı quldurluq edib mobil telefonunu əlindən aldığı məlum olub.(Trend)

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR