SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Cəriməni ödəməyən sürücülərə bəd xəbər: DYP hərəkətə keçdi – DİQQƏT

3-07-2019, 17:08 | Oxunub: 2 436 |



Son günlər yol polisinin yerli şöbələri cərimələri uzun müddət ödəməyən sürücülərlə bağlı qanunamüvafiq tədbirlər görməyə başlayıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmələrə, eləcə də sürücülərin özlərinə bildiriş və müraciətlər göndərilir.

Bu müraciətlərin mahiyyəti təyin olunmuş cərimələrini vaxtında ödəməyən sürücülərin sürücülük hüququnun məhdudlaşdırılması, eləcə də nəqliyyat vasitələrinin saxlanılması barədədir.

Belə ki DYP-nin rayon şöbələri ərazi üzrə qeydiyyatda olan sürücülər barəsində məlumatları araşdırır, iki ay ərzində cəriməni ödəməyən sürücülər barəsində avtomobilin saxlanılması qərarı çıxarılır.

Aynurə Kərimova,
Emtv.az.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR