SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Komitə sədri məcburi köçkünləri qəbul edib

3-07-2019, 13:36 | Oxunub: 13 167 |



İyulun 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, qəbulda Bakı şəhəri və ətraf rayonlarda müvəqqəti məskunlaşmış, əvvəlcədən qəbula yazılmış 40-dan çox vətəndaş iştirak edib. Onların əksəriyyətini məcburi köçkünlər təşkil edib

Müraciətlər, əsasən, kommunal xidmətlər, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinət, məşğulluq və zəbt olunmuş evlərlə bağlı olub.

Məlumat verilib ki, məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri müəyyən edən Prezident İlham Əliyev onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifah halının yüksəldilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə verilən tapşırıqlar ardıcıl icra olunur.

Qeyd edək ki, birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı əsasında hələ də qəzalı və həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkünlərin birinci növbədə köçürülməsi ilə bağlı işlər intensivləşib.

Xatırladaq ki, qəbul zamanı səsləndirilən bütün müraciətlər qeydə alınıb. Onların araşdırılması üçün müvafiq şöbələrə tapşırıqlar verilib.

Aynurə Kərimova,
Emtv.az.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR