SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Xalq artisti Canəli Əkbərovla barışmasından danışdı

2-07-2019, 19:39 | Oxunub: 5 019 |

Xalq artisti Canəli Əkbərovla barışmasından danışdı

Xalq artisti Mənsum İbrahimov həmkarı Canəli Əkbərovla barışması məsələsinə münasibət bildirib.

Emtv.az xəbər verir ki, bir neçə ildir küsülü olan xanəndələr xəstəxanada barışıblar. M.İbrahimov səhhəti pisləşib, xəstəxanaya yerləşdirilən C.Əkbərovu ziyarət edib.

Bununla bağlı "5/5" verilişində danışan M.İbrahimov "Onlar bizim sənətin ağsaqqalarıdır. Evdə ata ilə oğul arasında da inciklik olur. Muğam sənətinin yazılmamış qanunları var: böyük-kiçik yeri bilinməlidir. Özümə borc bildim ki, Canəli müəllimin ayağına gedim. Bunu özümə şərəf bilirəm. Tezliklə sağalsın, aramızda olsun. 80 illik yubileyi olacaq, biz də yığışacağıq ora" sözlərini deyib.

Qeyd edək ki, sənətçilər arasında qalmaqala bir müddət əvvəl Canəli Əkbərovun Televiziya Muğam Müsabiqəsinə münsif seçilməməsi səbəb olmuşdu.

Mərhəmət Lələyev
Emtv.az


OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR