SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakıda iki yeni polis bölməsi açıldı

2-07-2019, 18:44 | Oxunub: 13 613 |



İyulun 2-də polis əməkdaşlarının peşə bayramı günü Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi, Xəzər və Binəqədi rayonlarında yeni yaradılan Binə və Binəqədi qəsəbəsi polis bölmələrinin, eləcə də Yasamal rayonunda Sosial Evlərin ərazisində polis sahə məntəqəsinin inşa edilmiş inzibati xidməti binalarının açılışı olub.

Emtv.az xəbəör verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata gorə tədbirdə Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov, DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi polis general-mayoru Elçin Həsənov, idarə və şöbə əməkdaşları, habelə qeyd edilən rayonların icra hakimiyyətinin rəhbərlər şəxsləri də iştirak ediblər.

Açılış mərasimlərində çıxış edən, polis general-mayoru Mirqafar Seyidov qeyd edib ki, yeni inzibati binaların istifadəyə verilməsi Prezident İlham Əliyevin şəxsi heyətə ali diqqət və qayğısının növbəti əyani təzahürüdür.

Məlumat verilib ki, inşa edilən binaların hər biri müasir standartlara uyğun olan zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, yardımçı otaqlar və idman zalları istifadəyə verilib, həyətlərə su anbarları tikilib. Binalarda havalandırma, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb.

Ərazilərdə abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

Tədbir iştirakçıları yeni binaların növbətçi hissələrinə, xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş xidməti otaqlara baxıblar.

Sonda iştirakçılar binalarda ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi sahəsində əvəzsiz fəaliyyətini, Prezident İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.

Mərhəmət Lələyev
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR